Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:25

Leyla Yunus və Xədicə İsmayıla baş çəkdilər


Elmira Süleymanova
Elmira Süleymanova

Ombudsman aparatı Milli Preventiv Qrupunun üzvləri noyabrın 18-də xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baş çəkiblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məqsəd daxil olmuş müraciətlər, saxlanma şəraiti və rəftarın araşdırılması olub.

Qrupun üzvləri hüquq müdafiəçisi Leyla Yunus və jurnalist Xədicə İsmayıl da daxil olmaqla müxtəlif obyektlərdə fərdi qaydada 50-dan çox məhbusla görüşüb, bir sıra şəxslər isə öz xahişləri ilə təkbətək dinlənilib və bir sıra müraciətlər yerindəcə təmin edilib.

Ombudsman Aparatının məlumatına görə, qəbul edilmiş şəxslər rəftar və saxlanma şəraitindən şikayətlənməyiblər.

Yekunda istintaq təcridxanasının rəhbərliyinə müvafiq tövsiyələr verilib.

XS
SM
MD
LG