Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:46

Avstriyalı bankir Panama sənədlərinə görə istefa verdi


-

Avstriyanın "Vorarlberger Landes- und Hypothekenbank AG" bankının rəhbəri istefa verib.

O, bir neçə gün əvvəl ictimaiyyətə sızmış Panama sənədlərinə görə istefa vermiş ilk avropalı yüksək səviyyəli bank rəsmilərindən biridir.

2004-cü ildən bəri Hypo Vorarlbergin direktorlar şurasının üzvü olmuş, 2012-ci ildənsə banka rəhbərlik etmiş Michael Grahammer e-maillə göndərdiyi bəyanatda bildirib ki, özü və təmsil etdiyi bank heç bir qanunu pozmasa da, istefa verir.

O, bankın heç vaxt qanunları pozmadığına yüz faiz əmin olduğuna, lakin son günlər medianın ona və banka qarşı yönəlmiş "qərəz"ə görə istefa verdiyini yazıb.

Avstriyanın ictimai televiziya kanalı olan ORF və "Falter" qəzetinin yaydığı məlumata görə, Panamada mənzillənən hüquq şirkəti "Mossack Fonseca"dan sızmış sənədlərdən belə məlum olub ki, Hypo Vorarlberg bankında ofşor şirkətlərə məxsus azı 20 hesab açılıb. Bu hesablardan biri rusiyalı milyarder Gennady Timchenko ilə əlaqəlidir. Timchenko ABŞ-ın 2014-cü ildən bəri sanksiyaya məruz qoyduğu Rusiya vətəndaşlarından biridir.

Hypo Vorarlberg bankı bu həftənin əvvəli bəyan ermişdi ki, o, ofşor şirkətlərlə ancaq qanuni iş görür və çirkli pulların yuyulması və sanksiyalar kimi məsələlərə xüsusi diqqət yetirir. Bank həmçinin bildirib ki, o, ofşor şirkətlərlə əməkdaşlığını məhdudlaşdırıb və belə etməkdə davam edəcək.

___________________________________________________________

Bunlara da bax:
Bakının mərkəzində son aylar bağlanan dükanlar- [Fotolar]
Ağdamda dağıntılar- [Fotolar]

___________________________________________________________

Sözügedən bankın səhmlərinin 76%-i Avstriyanın qərbində yerləşən Vorarlberq əyalətinə məxsusdur. Səhmlərin qalan hissəsi isə Almaniyanın dövlət bankı olan Landesbank Baden-Wuerttemberg-ə məxsusdur. .

2012-ci ildə Avstriyanın Vorarlberq əyalətinin Feldkirx şəhərində prokurorlar şübhəli pul köçürmələrini araşdırsalar da, çirkli pulların yuyulması ilə bağlı heç bir dəlil aşkar edə bilməmişdilər. Bu səbəbdən də onlar 2013-cü ildə heç bir ittiham irəli sürmədən yoxlamaları dayandırmalı olmuşdular.

Avropada başqa aparıcı bank rəsmiləri də yoxlamalara məruz qalıblar. Fransanın maliyyə naziri Michel Sapin aprelin 5-i Societe Generale SA bankının rəhbərliyini növbədənkənar görüşə dəvət edib. İsveçin Maliyyə Müfəttişliyi isə bu həftənin əvvəlində Nordea bankına rəhbərlik edən von Koskull-u dindirib. Von Koskull hər hansı pozuntuya yol verilmədiyini deyib.

Rəhbərin gizli işinə münasibət: Azərbaycanda və İslandiyada - [Video]
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

XS
SM
MD
LG