Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:44

Paşinyan Əliyevdən hələ müsbət cavab almadığını deyir


Qarabağ danışıqları: Moskva Brüssel razılaşmalarını poza bilərmi?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Qarabağ danışıqları: Moskva Brüssel razılaşmalarını poza bilərmi?

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinə ünvanlandığı suala hələ müsbət cavab almadığını deyir.

Paşinyan sentyabrın 25-də Twitter-də yazıb ki, 3 gün öncə BMT-dəki çıxışında sadə bir sual verib: Azərbaycan Ermənistanın ərazi bütövlüyünü onun beynəlxalq sərhədləri çərçivəsində tanıyırmı?

Ermənistan dronlara qarşı yeni imkanları nəzərdən keçirir
Gözlə

No media source currently available

0:00 0:06:07 0:00

“Niyə?”

“Cavab ‘hə’”dirsə, sülh sazişinin əldə olunması üçün prosesi davam etdirə bilərik. Təəssüf ki, müsbət cavab yoxdur. Sual budur ki, niyə?”, – Paşinyan yazıb.

O, sentyabrın 22-də BMT Baş Assambleyasında 20 dəqiqəlik çıxışında əsasən Azərbaycanla münasibətlərdən danışıb, Bakının Ermənistanda yeni ərazilər zəbt etmək niyyəti olduğunu deyib.

“Azərbaycan prezidentinə rəsmi və açıq sual verirəm: mənə Ermənistanın elə bir xəritəsini göstərə bilərsinizmi ki, onu qəbul edirsiz, yaxud Ermənistan Respublikası kimi qəbul etməyə hazırsınız? Bunu niyə soruşuram? Çünki aydın ola bilər ki, Azərbaycanın rəsmi mövqeyinə görə, yalnız Ermənistanın yarısı, yaxud ondan da azı Ermənistan Respublikasıdır”, – Paşinyan söyləyib.

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov isə BMT-də çıxışında deyib ki, Ermənistan baş nazirin çıxışı “erməni tərəfin normallaşdırma əvəzində qarşıdurmanı davam etdirmək niyyətinin sübutudur”.

İki ölkə liderinin avqustun 31-də Brüsseldə keçirilən görüşündə xarici işlər nazirlərinə sülh sazişinin mətni üzərində işləmək tapşırığıq verilib.

Yenə ittihamlar

Sentyabrın 23-də Ermənistanla Azərbaycan bir-birini yenə atəşkəsi pozmaqda ittiham edib. Azərbaycan üç hərbçisinin yaralandığını bildirib.

Sentyabrın 12-dən 13-nə keçən gecə baş vermiş sərhəd toqquşmalarında isə Azərbaycandan 80-ə yaxın, Ermənistandan 200-dən çox hərbçi həlak olub.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Ermənistan həmin toqquşmalara görə Azərbaycanı ittiham edib, onun öz suveren ərazisinə girdiyini deyib. Azərbaycansa Ermənistanı provokasiyada suçlayıb.

Daha sonra Prezident İlham Əliyev də çıxışında deyib ki, sərhədlər delimitasiya olunmadan heç kəs sərhədin haradan keçdiyini deyə bilməz. Prezident Azərbaycanın müzakirələrə hazır olduğunu, ikitərəfli delimitasiya komissiyalarının işinə məsuliyyətlə yanaşdığını vurğulayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

XS
SM
MD
LG