Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:37

Paşinyan hələ də Azərbaycanla sülhə ümidvar olduğunu deyir 


Nikol Paşinyan parlamentdə
Nikol Paşinyan parlamentdə

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 17-də parlamentdə müxalifətin iddialarını cavablayarkən deyib ki, Azərbaycanın sülhə sadiq qaldığına ümid edir. Müxalifətin iddiasına görə, Paşinyanın Bakıya böyük güzəştləri ölkənin təhlükəsizliyinə əlavə hədələr yaradıb.

Parlamentdə hökumətin sual-cavab sessiyasında müxalifətdən olan deputatlar baş naziri tənqid atəşinə tutublar. Onlar Azərbaycan prezidenti İlham Əliyevin son bəyanatlarını və Paşinyanın onları Ermənistana qarşı ərazi iddiası saymasını misal çəkiblər.

“Siz verməkdən, Əliyev isə almaqdan danışır. Siz anklav adlanan əraziləri, yolları, azərbaycanlı cinayətkarları verməkdən danışırsız, görün Əliyev buna cavabında nə deyir. Mənə maraqlıdır ki, bu güzəştlər prosesi harada dayanacaq”, -- əsas müxalifət alyansı Hayastan-dan deputat Aqnesa Xamoyan Paşinyana deyib.

Aqnesa Xamoyan
Aqnesa Xamoyan

“Ümid edirəm, Bakıdan gələn bəyanatların məqsədi sülh prosesini bilərəkdən çıxmaza salmaq deyil”, -- deyən Paşinyan onu da etiraf edib ki, Ermənistanla Azərbaycan hazırda “müxtəlif diplomatik dillərdə danışırlar”.

Dəhliz tələbləri

Hayastan alyansından digər deputat Artur Xaçatryan isə deyib ki, Paşinyan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyandan sonra belə Bakı Ermənistan sərhədlərini tanımayıb. Deputatın sözlərinə görə, Bakı Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistanın strateji regionundan birləşdirəcək dəhlizlə bağlı tələblərini yeniləyib.

Paşinyan Yerevanın bu tələblərə qarşı çıxdığını bir daha dilə gətirib. O qeyd edib ki, administrasiyası Azərbaycanın təhlükəsizliklə bağlı təhdidlərinə “Ermənistanın sərhədləri, ərazi bütövlüyü və suverenliyinə dair beynəlxalq legitimlik”lə dirəniş göstərəcək.

Prezident Əliyev yanvarın 10-da deyib ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək marşrut (Azərbaycanın “Zəngəzur dəhlizi” adlandırdığı Ermənistanın Sünik bölgəsindən keçməli olan yol-red) açılmasa, Ermənistanla heç bir başqa yerdə sərhəd açılmayacaq.

Paşinyan isə Bakıdan səslənən bəyanatları sülh prosesinə ciddi zərbə, Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddia adlandırıb.

Fransa-Azərbaycan münasibətləri haracan gərginləşə bilər?
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

“Azərbaycan sülh gündəmindən uzaqlaşsa...”

Baş nazir başqa bir deputatın sualına cavabında deyib: “Məsələn, əgər Azərbaycan sülh gündəmindən uzaqlaşsa, bu o demək deyil ki, biz də onu tərk etməliyik”.

Paşinyan ötən ilin mayında Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyanda müxalifətin kəskin qınağıyla üzləşib. Müxalifət liderləri deyirlər ki, bu siyasi dəyişiklik Azərbaycanın sentyabrın 19-20-də Qarabağda hərbi əməliyyatlarına və ermənilərin Ermənistana kütləvi axınına yol açdı. Paşinyanın siyasi müttəfiqləri isə bu iddiaları rədd edir.

Rəsmi Bakı “antiterror tədbirləri” dediyi həmin əməliyyatlarla Qarabağ üzərində tam nəzarətini bərpa edib. Ermənistan isə bunu “etnik təmizləmə” adlandırıb. Qarabağdakı separatçı qurum özünü buraxdığını elan edib, liderləri saxlanılaraq Bakıya gətirilib.

Rəsmi Bakı Qarabağ ermənilərinə reinteqrasiya planı təklif edib, sülh gündəminə sadiq qaldığını bildirib.

XS
SM
MD
LG