Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:46

Polşada Rusiyaya bağlı casusluq şübhəliləri saxlanıb, Bolqarıstanda isə...


Polşaya Kanadadan Ukrayna üçün gətirilmiş ilk Leopard tankı
Polşaya Kanadadan Ukrayna üçün gətirilmiş ilk Leopard tankı

Polşada Rusiyanın xeyrinə casusluq əməllərində şübhəli bilinən daha 3 xarici vətəndaş saxlanıb.

Xəbər verilir ki, onların Ukraynaya göndərilən silah və texnikanın daşınmasını izlədikləri düşünülür.

Bu barədə məlumatı Polşa xüsusi xidmətlərinin koordinasiyası nazirinin müavini Stanislav Jarinə istinadla ölkə mediası verib.

Hakimiyyət orqanları bildirirlər ki, saxlananlar Rusiyanın maraqlarına xidmət edən casus şəbəkəsinin üzvləridir.

Xüsusi xidmətlərin məlumatına görə saxlananlar Jeşuva aeroportu ilə Ukrayna sərhədindəki stansiyanı birləşdirən dəmir yolu boyunca kameralar yerləşdiriblər.

Baydenin gəldiyi yol

Qərb müttəfiqlərinin Ukraynaya hərbi yardımları məhz bu marşrutla daşınır.

ABŞ prezidenti Co Bayden, habelə başqa Qərb rəsmiləri də Kiyevə məhz bu dəmir yolu ilə səfər ediblər.

Bu iş üzrə ümumilikdə 12 nəfər həbs olunub. Onlardan 6-sının həbsi barədə məlumat martın 15-də verilmişdi.

Bu da qeyd olunur ki, həbs edilənlər habelə Varşavaya qarşı dezinformasiya yayırdılar.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bəri Polşa əks-kəşfiyyatı Moskvaya və Minskə işləyən 23 nəfər həbs edib.

Bolqarıstan da Rusiyadan şübhələnir

Bolqarıstanda bomba təhdidlərinin ardınca martın 28-də onlarca məktəb bağlı qalıb.

Müstəntiqlər bildirirlər ki, hazırda 2 aprel parlament seçkisinin pozulmasına çalışan və potensial baxımdan Rusiyaya bağlı terror hərəkətləri araşdırılır.

Bolqarıstanda da əksər seçki məntəqələri məktəblərdə yerləşir.

Məktəblərin əksəriyyətinə martın 27-də əvvəlcə elektron poçt, sonra isə telefon zəngləri ilə bomba hədələri edilib.

Bu məktəblərin çoxu paytaxt Sofiyada, habelə Qara dəniz limanları Varna və Burqazda yerləşir.

Təhdidlərə görə məktəblər bağlanıb, şagird və tələbələr evakuasiya edilib.

Ukrayna əsgərləri İran dronlarını avtomat silahlarla vurur
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Başqa Avropa ölkələrində də belə hədələr olub

Xəbər verilir ki, martın 28-də Sofiya İqtisad Universiteti də daxil ali məktəblər hədələnib.

Lakin bu təhsil müəssisələrində axtarış aparan polislər heç bir partladıcı qurğu tapmayıblar.

Bolqarıstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, görünür aprel seçkisini pozmaq məqsədi güdən bu əməllərin arxasında Rusiya dayanır.

Daxili işlər naziri əvəzi İvan Demerciyev deyib ki, eyni məzmunlu hədə məktubları bundan əvvəl Avropanın başqa ölkələrində də yayılıb.

Nazir əvəzi deyib ki, hazırda Rusiyadan qaynaqlanan hibrid hücumu versiyası araşdırılır.

Seçki pozula bilərmi?

Demerciyev bildirib ki, Avropa İttifaqı və ABŞ-dan olan təhlükəsizlik xəfiyyələri Bolqarıstana bu təhqiqatın aparılmasında kömək edirlər.

Aİ və NATO üzvü olan Bolqarıstan Ukraynaya müdaxiləsinə görə Rusiya üzərinə sanksiyalar qoymuş ölkələrdən biridir.

Son zamanlar Kreml Bolqarıstana düşmən gözü ilə baxır.

2 aprel seçkisinin necə keçiriləcəyinə dair suala cavab verən Demerciyev deyib ki, seçkilər yalnız əsaslı hədə olduğu təqdirdə pozula bilər.

O bildirib ki, hakimiyyət orqanları hazırda ictimai idarələrin mümkün evakuasiyası prosedurlarını nəzərdən keçirir.

Sofiya şəhər prokurorluğu bildirib ki, potensial terror hadisəsi ilə bağlı təhqiqat başlanıb.

XS
SM
MD
LG