Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:44

Prokurorluğun siyahıya saldığı yazılar [siyahı] [video]


'Sülalə rejimi'ndən yazmaq dövlətçiliyə ziddir?
Gözlə

No media source currently available

0:00 0:14:49 0:00

'Sülalə rejimi'ndən yazmaq dövlətçiliyə ziddir? [A-Live]

“Heydər Əliyev Fondunun Rumıniyadakı qaranlıq biznesi” başlıqlı beynəlxalq araşdırmanı dərc etmək jurnalistikadır, yoxsa dövlətçiliyə ziddir?

Və ya APA xəbər agentliyinin məlumatı əsasında belə başlıqlı xəbər: "Son iki gündə dörd nəfərin özünü öldürdüyü deyilir". Bu, insanları intihara sövq edə bilərmi?

Buna da bax:​ Prokurorluq Azərbaycandakı intiharların səbəbini 'tapdı'

Bu yazılar AzadlıqRadiosu-nun azadlıq.org saytına yerləşdirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bu və başqa yazılara görə, AzadlıqRadiosu-nu müvəqqəti bloklayıb və indi də daimi bloklanmasını istəyir.

Bir neçə başqa müstəqil sayt da bloklanıb. Nazirlik mayın 2-də məhkəməyə “Azadlıq” qəzetinin azadlıq.info, Meydan TV-nin internet saytlarının bloklanması, “Turan TV”nin, “Azərbaycan saatı” kimi teleproqramların Azərbaycanda yayılmasının məhdudlaşdırılması üçün əsas gətirdiyi yazıları da təqdim edib.

Media üzrə hüquqşünas Ələsgər Məmmədli bu yazılar təhlil edib və belə nəticəyə gəlib ki, məqalələr qanuna zidd deyil.

Buna da bax:​ CPJ: ‘Hökumət vebsaytların bloklanması cəhdini dayandırmalıdır’

“Ona görə də mən çox kəskin olaraq bu məsələdə qeyd etməliyəm ki, bu qaldırılan iddialarda adı çəkilən məqalələrin böyük əksəriyyəti konkret olaraq əvvəllər hansısa mediada yayılmış və tərcümə olunmuşdu. Dolayısı ilə əgər hansısa bir iddia varsa, KİV haqqında qanuna görə, onlara yönəlməli idi. İkincisi, ümumiyyətlə, burda ifadə azadlığını məhdudlaşdıracaq heç bir qırmızı baryer yoxdur. Üçüncüsü, bütün bu iddialar hamısı saxtadır, çünki ifadə azadlığı bir neçə məqamı qoruyur, bunlar milli təhlükəsizlik mənafeyidir, Konstitusiya quruluşunu qorumağa yönəlik, terrorizmi təbliğ etməməyə yönəlik məsələlərdir. Amma bu zaman da demokratik cəmiyyətdə məsələyə zərurilik çərçivəsində baxılır”.

Ələsgər Məmmədli deyir ki, saytların bloklanmasına dair hüquqi əsas bu ilin aprelində yaradılıb, amma nazirliyin təqdim etdiyi materialların bəziləri keçən il dərc olunmuş yazılardır. Halbuki, qanunun geriyə qüvvəsi yoxdur.

Buna da bax:​ Azərbaycan İnternet istifadəçiləri VPN-ə keçir [video]

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Nazirliyin iddia ərizəsində isə deyilir ki, sözügedən saytlar Konstitusiya quruluşunu zorla dəyişdirməyə, ictimai sabitliyi pozmaya yönələn destruktiv hərəkətlər ediblər, kütləvi ixtişaşlara açıq çağırış ediblər, radikal dini qurumların qanunsuz fəaliyyətini təbliğ ediblər.

Milli Şuranın sədri Cəmil Həsənlinin mitinqlə bağlı müsahibələri üç saytın - “Azadlıq” qəzeti, Azadlıq” radiosunun və “Meydan TV” nin saytlarının bloklanması üçün əsas kimi göstərilib.

“Azadlıq” qəzetində yayılmış müsahibədə cavablarda oxuyuruq:

“Problemlərin daha da artdığı bir vaxtda mitinqlər keçiriləcəksə, əvvəlki mitinqlərdən də daha çox vətəndaş iştirak etməlidir. Siz necə, problemləri yaradan hökumətə etiraz edəcəksinizmi?”

Buna da bax:​ Delta Telecom 'saytlara hücumların təşkili' bizlik deyil deyir...

Media üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, mitinqlər icazəli olduğu üçün müsahibəni yaymaqla qanun pozulmayıb.

Biz Bakı sakinlərindən soruşmuşuq ki, onlar bu barədə nə düşünürlər? Media hansı xəbərləri işıqlandırmalıdır?

Media hansı mövzularda yazsın?
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

“Azadlıq” qəzetinin məhkəmədə nümayəndəsi, hüquqşünas Səməd Rəhimli bildirir ki, indiki iddiaya görə, bu resurslarda gedən materiallar başqa saytlarda da dərc olunsa, məsələn, Facebook və ya Youtube-da da yayılsa, bu saytlar da bloklana bilər:

“Bu, nazirliyə daimi əsaslarla çox geniş bir səlahiyyət verəcək. Biz ona görə, qanuna istinad edərək tələb etdik ki, qanunda göstərilib ki, Rabitə Nazirliyi müəyyən informasiyaları qadağan edə bilər. Ona görə, biz tələb etdik ki, Rabitə Nazirliyi tələbində bütöv bir saytın deyil, yazının dərc olunduğu səhifənin bloklanmasını irəli sürsün”.

Buna da bax: 'Məhkəmə qərarından sonra həmin saytlarla əməkdaşlıq edənlərin təqibinə başlanıla bilər'

Səməd Rəhimli deyir ki, məhkəmədə bildirilib ki, iddia ərizəsində nəyi necə göstərmək nazirliyin səlahiyyətindədir, odur ki, məsələni açıq saxlayıb.

Məhkəmə mayın 3-də davam edəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən isə telefon zənglərimizə cavab verən olmadı.

Azadliq.org internet saytına aid təqdim olunan yazılar:

  1. “Bəxtim gətirdi ki, Eurovision xala orda idi, keçdi polislərin qabağına”: 18 fevral 2017-ci il; Rokçu Camal Əlinin müsahibəsi;
  2. Heydər Əliyev Fondunun Rumıniyadakı qaranlıq biznesi: 21 fevral 2017-ci il; OCCRP-nin araşdırması;
  3. Son 2 gündə 4 nəfərin özünü öldürdüyü deyilir: 01 mart 2017-ci il; “Report”, APA və AzadlıqRadiosu-nun özünə istinad edilməklə hazırlanmış xəbər;
  4. Rauf Mirqədirov: “Bunun Mehriban Əliyeva üçün mənfi tərəfi də var”: 03 mart 2017-ci il; Rauf Mirqədirovun müsahibəsi;
  5. Azərbaycanda sülalə hakimiyyəti Avropadan ötrü pis əlamətdir. Niyə?: 10 mart 2017-ci il; İstinad “Freedom House”, Rebeka Foley-in təhlil yazısı;
  6. “İlham Əliyevin sultan elan olunacağı günü ağla gətirmək...”: 22 mart 2017-ci il; İstinad “Opendemocracy” internet saytı;
  7. Cəmil Həsənli: “Aksiyaları zəruri edən şərtlər var”: 24 mart 2017-ci il; Cəmil Həsənlinin müsahibəsi.
  8. 2 gündə 3 intihar olayının baş verdiyi bildirilir: 4 noyabr, 2016-cı il. Yazıda son iki gündə ölkə ərazisində 3 nəfərin intihar etdiyi bildirilir.

Buna da bax:​ İnternet TV-nin rəhbərlərindən biri saxlanıb

Sosial mediada gedən son məlumatlara görə Azərbaycanda yayımlanan daha bir İnternet TV - "Kanal 13" də ölkə ərazisində bloklanıb və rəhbərlərindən biri Əziz Qaraşoğlu isə 30 sutkalıq həbs olunub.

XS
SM
MD
LG