Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:56

Qərb ekspertləri: Putinin qaz şantajı da blefdir


Sergey Elkinin karikaturası
Sergey Elkinin karikaturası

Rusiya prezideti Vladimir Putinin Rusiya qazı üçün rubl ödəməyən ölkələrə qaz təchizatının dayandırılacağına dair hədəsi “blefdən” başqa bir şey deyil.

Reuters agentliyi Avropa rəsmilərinə və ekspertlərinə isitinadla yazır ki, Putinin bundan məqsədi bundan sonra gözlənilən sanksiyaların qarşısını almaqdır.

Aprelin 1-də verilən xəbərlərə görə Moskvanın hədələrinə baxmayaraq Avropaya qazın nəqli kəsilməyib.

Ekspertlər bunu da vurğulayırlar ki, Putinin qaz üçün rublla ödəniş üçün təklif etdiyi mexanizm əsas etibarilə köhnə ödəniş sistemindən fərqlənməyəcək.

Avropa istehlak etdiyi qazın 40 faizini Rusiyadan alır. Məhz buna görə də Avropa İttifaqının bir sıra ölkələri Moskvanın krantı bağlayacağından narahat idilər.

Buna baxmayaraq Aİ ölkələri Putinin tələbini “şantaj” adlandırıblar və qaz üçün rublla ödənişdən imtina ediblər.

Bu ölkələr bildirirlər ki, ödənişin avro və dollardan rubla keçirilməsi mövcud kontraktların şərtlərinə ziddir.

Qazı qəfil kəsmək elə də asan deyil

Putinin təklifinə görə Moskvanın “qeyri-dost” adlandırdığı ölkələr aprelin 1-dən Gazprombankda xüsusi hesab açmalı və ödənişi bu hesablara etməli idilər.

Burada isə xarici valyuta Rusiya rubluna konvertasiya edilməli idi.

Rusiya hakimiyyəti bununla həm də çökməkdə olan rublu xilas etməyə çalışır.

Putinin təklif etdiyi sistemin necə işləyəcəyi bilinmir, çünki qaydalara görə qazın pulu hər həftənin sonunda ödənir.

Bu isə o deməkdir ki, qazın qəflətən kəsilməsi mümkün olmaya da bilər. Belə görünür ki, Moskva da buna çox can atmır.

Heç rublun da məzənnəsi düzəlməyəcək

Avropa rəsmiləri və ekspertləri düşünürlər ki, qazın rublla satılması ideyası başlıca olaraq Rusiyanın qaz nəhəngi Gazprom şirkətini mümkün gələcək sanksiyalardan qorumaq məqsədi güdür.

Yəni Avropa qazpulunu ödədiyi Gazproma qarşı sanksiyalar irəli sürə bilməsin.

İtaliyanın baş naziri Mario Dragi də deyib ki, o Rusiya prezidenti fərmanının qaz üçün ödəniş mexanizmində böyük dəyişiklik edəcəyini gözləmir.

Peterson Beynəlxalq İqtisadiyyat İnstitutundan Cefri Şott bildirir ki, Rusiya bu tələbi ilə “maliyyə sanksiyalarını sərtləşdirməyin” demək istəyir.

Ekspertlər düşünürlər ki, bu fərmanla rublun də məzənnəsi qalxmayacaq.

Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl Rusiya Mərkəzi Bankı onsuz da qaz satışından gələn əksər xarici valyutanın rubla çevrilməsini tələb edirdi. Yeni mexanizmdə də eyni proses baş verəcək.

Oksford Enerji Tədqiqatları İnstitutundan Cek Şarpls da hesab edir ki, Rusiyanın başlıca hədəfi Gazprombankı sanksiyalardan qorumaqdır.

Rusiyanı partnyor kimi etibardan salan addım

Avropa rəsmilərindən biri isə bildirib ki, Putin bu tələbi ortaya atmaqla hansı ölkənin dərhal reaksiya verəcəyini bilmək istəyir. Amma bu tələb heç bir ölkəni “gözünü qırpmağa” məcbur edə bilməyib.

Həmin rəsminin sözlərinə görə indi isə Putin ödəniş mexanizmini cüzi dəyişməklə özünü qalib elan etmək istəyir.

Moskvada mənzillənmiş Locko-Invest broker qrupunun təhlilçisi Dmitri Polevoy deyib ki, Rusiyanın qazı kəsməsi onun özü üçün texniki problemlər yarada bilər. Beləki həmin qaz üçün təcili qaydada təzə müştəri axtarmaq lazım gələrdi.

Ekspertin sözlərinə görə bunun ən böyük ziyanı elə Gazproma dəyə bilər.

Lakin ekspertlər bunu da bildirirlər ki, Putinin bu tələbi ilk növbədə Almaniyada Rusiyanın partnyor kimi etibarlılığına ciddi zərbə vurub.

XS
SM
MD
LG