Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:45

Putini dron zərbəsindən qoruyurlar?


Putin forumda çıxış edərkən
Putin forumda çıxış edərkən

Peterburq Beynəlxalq İqtisadi Forumunun (PBİF) iştirakçıları iyunun 16-da keçirilmiş plenar iclas zamanı internetdən istifadə edə bilməyiblər.

Bu iclasda Vladimir Putin iştirak edirdi.

Amma forumun təşkilatçılığı ilə məşğul olan Roskonqresin mətbuat xidmətindən bildiriblər ki, mobil internetin tez-tez kəsilməsinə səbəb “mobil rabitə operatorlarının infrastrukturunda aparılan texniki işlər” olub. Buna görə iştirakçılara wi-fi şəbəkəsindən istifadə etmək tövsiyə olunub.

Lakin jurnalist Fəridə Məmmədova rabitə operatorlarından birinin əməkdaşına istinadla internetin dronların mümkün hücumlarına görə Rəqəmsal Rabitə Nazirliyinin göstərişi ilə bağlandığını yazır.

Həmin əməkdaş bunu da deyib ki, interneti yalnız Putinin çıxış etməli olduğu Ekspoforum sərgi mərkəzində bağlamalı idilər.

“Düşmən həyasızlığı”

Lakin bundan sonra Kremlin sözçüsü Dmitri Peskov forumun üçüncü günündə mobil internetdən imtina olunmasını “düşmənin həyasızlığı” ilə izah edib:

"Düşmən çox həyasızlıqla hərəkət edir və ziyan vurmaq cəhdlərindən əl çəkmir. Buna görə də bu mənada ayıq-sayıq, mütəşəkkil olmaq və bütün ehtiyat tədbirlərini görmək vacibdir”.

Amma eyni ilə bu cür internet “problemləri” iyunun əvvəllərində Soçi və Adlerdə də baş verib. Burada keçirilən Avrasiya İqtisadi İttifaqı başçılarının sammitinə Putin də gəlməli idi.

Bu şəhərlərdə taksi tətbiqləri, bank kartları işləmirdi və praktik olaraq zəng etmək mümkün deyildi.

Peterburq beynəlxalq forumu iyunun 14-də işə başlayıb.

Tədbirin əsas mövzusu – “Suveren inkişaf - ədalətli dünyanın əsasıdır” adlanır.

Forum çərçivəsində 140-dək tədbir, minədək çıxış nəzərdə tutulub.

Təşkilatçılar “qeyri-dost” ölkələrdən olan jurnalistləri akkreditasiya etməkdən imtina ediblər.

XS
SM
MD
LG