Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:46

Putin Rusiyanın KTMT-dəki nümayəndəsi Ağasandyanı vəzifəsindən azad edib


KTMT-nin bayraqları
KTMT-nin bayraqları

Prezident Vladimir Putin Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Mikayel Ağasandyanı tutduğu vəzifədən azad edib.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, Ağasandyan Rusiya Xarici İşlər Nazirliyinə MDB üzrə birinci şöbənin direktorudur.

Onun xüsusi tapşırıqlar üzrə səfir kimi diplomatik ranqı var. O Rusiyanın KTMT-dəki daimi nümayəndəsi vəzifəsinə 2021-ci ilin sentyabrında təyin edilmişdi.

Putinin başqa bir fərmanı ilə Rusiyanın KTMT-dəki daimi nümayəndəsi vəzifəsinə Viktor Vasilyev təyin olunub.

Vasilyev bundan əvvəl KTMT-də çalışıb. O 2013-cü ildən KTMT-nin səfiri vəzifəsini icra edirdi.

44 günlük müharibədən sonra

Azərbaycan və Ermənistan arasında II Qarabağ Müharibəsindən sonra Yerevanın Moskva və onun başçılıq etdiyi təşkilatlarla münasibətləri gərginləşib.

Yerevan Moskvanı həm dövlətlərarası müqavilə, həm də KTMT müstəvisində Ermənistanın qarşısındakı öhdəliklərini yerinə yetirməməkdə ittiham edir.

Bu gərginlik xüsusilə də 2022-ci ilin sentyabrından sonra artıb. Həmin vaxt Ermənistan Rusiyanı yenidən öhdəliklərinə əməl etməməkdə günahlandırırdı.

Baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistanın yüksək vəzifəli rəsmiləri KTMT və MDB-nin bir çox tədbirlərində iştirakdan boyun qaçırırlar.

Bunun əvəzində onlar Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə daha sıx münasibətlərə can atdıqlarını bəyan ediblər.

Son vaxtlarda

Son vaxtlar Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Katibliyinin işində iştirak etməyib. Lakin o, təşkilatdan çıxmaqla bağlı da heç bir bildiriş göndərməyib.

Yerevan sərhəddə KTMT müşahidəçilərinin yerləşdirilməsi təklifini rədd edib. 2024-cü ildə Paşinyan bəyan edib ki, Yerevanın alyansdakı üzvlüyü de-fakto dondurulub və müttəfiqlərin mövqeyi dəyişməsə, de-yure də dondurula bilər.

Paşinyan fevral ayında demişdi ki, Ermənistan bir sıra obyektiv və subyektiv səbəblərə görə hərbi-texniki əməkdaşlığı əvvəllər olduğu kimi yalnız Rusiya ilə inkişaf etdirə bilməz.

Moskva buna cavabında bildirib ki, onlar öz praktiki addımlarını planlaşdırarkən Ermənistan rəhbərliyinin açıqlamalarını izləyəcəklər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Yerevanı KTMT-dəki statusu ilə bağlı yekun qərar verməyə çağırıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG