Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:49

Putinin mümkün rəqiblərini indidən necə sıradan çıxarırlar


İqor Strelkov məhkəmədə
İqor Strelkov məhkəmədə

Rusiyada təşəbbüs qrupu Donetsk separatçılarının keçmiş komandanı, FTX-nin ehtiyatda olan polkovniki İqor Strelkovun (Gırkin) ölkə prezidentliyinə namizədliyinin irəli sürülməsini dəstəkləyib.

Strelkovun tərəfdarları onun namizəliyinin irəli sürülməsi üçün lazım olan 500 imzanı toplayıblar.

Bu mərasim yerli vaxtla saat 16:00-da başa çatmalı idi, amma tədbir qeydiyyatdan keçmək üçün yığılanların uzun növbəsinə və notariusun olmamasına görə uzanıb.

Notarius tədbirə gəlməyib. Təşəbbüs qrupu notariusun işi ilə bağlı prosesin sabah, dekabrın 26-da keçirləcəyini bildirib.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, əgər notarius dekabrın 26-da da gəlməsə, Strelkovu qeydiyyatdan keçirməkdən imtina edə bilərlər.

Bu da xəbər verilir ki, MSK nümayəndələri də bu təbirdə iştirak etməyiblər.

Strelkov hazırda təcridaxanadadır. Qondarma DXR-in keçmiş “daxili işlər nazirinə” qarşı ekstremist fəaliyyətə çağırış ittihamı irəli sürülüb. Bu maddə ilə ona 5 il iş kəsilə bilər. Strelkova qarşı cinayət işi iyunun 18-də qaldırılıb.

“Rəsmi” namizədlər?

Dekabrın 25-də səhər “Novıye lyudi” (Yeni adamlar) partiyası Rusiya prezidentliyinə Dövlət Duması sədrinin müavini Vladislav Davankovun namizədliyini irəli sürüb.

Bundan əvvəl Rusiya Kommunist Partiyası Nikolay Xaritonovun, Liberal-Demokrat Partiyası isə partiyanın sədri Leonid Slutskinin namizəliyini irəli sürmüşdülər.

“Vahid Rusiya” və “Ədalətli Rusiya” partiyaları isə indiki prezident Vladimir Putinin namizədliyini dəstəklədiklərini elan ediblər. Putin beşinci müddət prezidentlik üçün namizədliyini özü irəli sürüb.

Ötən şənbə günü habelə Andrey Boqdanovun namizədliyi irəli sürülmüşdü. Bu siyasi texnoloq 2008-ci ildə prezidentliyə namizədliyini versə də, sonuncu yeri tutmuşdu.

Bugünlərdə “Vətəndaş təşəbbüsü” partiyası Boris Nadejdinin namizədliyini vermişdi. Dövlət Dumasının keçmiş deputatı Ukrayna müharibəsinə qarşı çıxır.

Onun və Dövlət Dumasında təmsil olunmayan başqa partiya namizədlərinin qeydiyyata alınması üçün onların 100 min imza toplaması tələb olunur.

YAP-a dövlətin hesabına tikilən binalar: Müxalifətə niyə imkan yaradılmır?
Gözlə

No media source currently available

0:00 0:11:46 0:00

Duntsovanı heç imzatoplama mərhələsinə buraxmayıblar

Ötən şənbə habelə MSK Rjev şəhərindən olan jurnalist Yekaterina Duntsovanı imzatoplama prosesinə buraxmayıb.

Duntsova da müharibə əleyhinə çıxır və onun namizədliyi bir sıra Rusiya müxalifətçiləri tərəfindən dəstəklənib.

Onun proqramına Ukraynada müharibənin dayandırılması, bütün siyasi məhbusların azad edilməsi və demokratik islahatların həyata keçirilməsi daxildir.

Müstəqil media yazır ki, hakimiyyət onun potensial namizədliyindən xoşlanmadığını dərhal büruzə verib. Onun tərəfdarlarının iclası zamanı işıqlar sönüb, onun özünü isə VTB bankındakı ödəniş sistemindən bloklayıblar. Duntsova habelə “söhbət” üçün prokurorluğa dəvət olunub. Jurnalist bütün bunlara baxmayaraq təslim olmayıb.

Təşəbbüs qrupu onun sənədlərini qeydiyyat üçün MSK-ya dekabrın 20-də təqdim edib. MSK iki gün sonra onun namizədliyini qeyd etməkdən imtina edib və bildirib ki, guya təşəbbüs qrupu üzvlərinin ərizələrində 100-dən çox səhv aşkarlanıb.

Beləliklə, müxalifətçi namizədi heç imzatoplama mərhələsinə də buraxımayıblar.

XS
SM
MD
LG