Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:47

Qaqik Melkonyan: 'Rubencan, haradan gəlmisənsə, ora get'


Ermənistan müdafiə nazirinin keçmiş müavini Qaqik Melkonyan
Ermənistan müdafiə nazirinin keçmiş müavini Qaqik Melkonyan

“Ruben Vardanyan fevralın 23-dək istefaya gedəcək”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan Milli Məclisində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, Ermənistan müdafiə nazirinin keçmiş müavini Qaqik Melkonyan deyib.

Qarabağ doğumlu keçmiş nazir müavini bu informasiyanı haradan aldığını, bu qərarın necə qəbul olunduğunu dəqiqləşdirməyib:

“Sizə deyirəm ki, belə bir məlumatım var. Mən izah etməyəcəyəm ki, məlumatı hardan və necə almışam”.

Azatutyun yazır ki, bununla Azərbaycan prezidenti İlham Əliyevin tələbi icra olunmuş olsa da, Melkonyan Vardanyanın getməsinin düzgün addım olduğunu düşünür.

Keçən həftə Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakilə keçirilən görüşdə Əliyev Qarabağ erməniləri ilə dialoqun keçirilməsi üçün Ruben Vardanyanın Qarabağdan getməsini şərt kimi irəli sürmüşdü.

Mekonyan bu barədə deyib:

“İndi tutaq ki, Əliyev tələb edir: “Zəngəzur dəhlizini verin, mən yalnız bu halda Laçın dəhlizini açacağam". Yaxşı indi biz nə etməliyik? “Zəngəzur dəhlizi”ni tikib onlara verməliyik, yoxsa Ruben Vardanyana deməliyik: “Rubencan, hardan gəlmisənsə, ora qayıt”. Əlbəttə, əgər bütün problem Rubenin orda olması ilə bağlıdırsa, Qarabağ hakimiyyəti Rubenə deməlidir ki, vəzifəsindən getsin”.

Erməni siyasi fəal: 'Ruben Vardanyanı vəzifədən uzaqlaşdırırlar'
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

“Vardanyanı ruslar göndərib”

Qaqik Melkonyan hesab edir ki, Ruben Vardanyanın gedişi nəinki Laçın dəhlizinin açılmasına kömək edəcək, həm də Qarabağ hakimiyyətindəki daxili ixtilafı çözəcək:

“Ruben Vardanyanın orada olması hakimiyyətdə ixtilaf yaradıb. Ondan (Vardanyandan-red) soruşun: “Sizi kim göndərib və Qarabağa niyə gəlmisiniz?” Əlbəttə ruslar göndəriblər. Daha kim göndərəcəkdi ki?..”

Azatutyunun yazdığına görə iqtidar deputatı əmindir ki, Ruben Vardanyan rusların dediklərini yerinə yetirir.

Melkonyanın fikrincə son vaxtlar Ermənistan hakimiyyəti ilə Qarabağın separatçı hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə elə bu səbəb olub.

Deputat bildirib ki, Vardanyanın getməsi ilə Qarabağ və Ermənistan arasında fikir ayrılığı aradan qalxacaq.

Melkonyanın fikrincə hazırda Qarabağda Arayik Arutyunyan və Ruben Vardanyanın ikihakimiyyətliliyi mövcuddur. Deputat düşünür ki, Arutyunyanın Moskvaya getməsi ilə vəziyyət dəyişib:

“Arutyunyan Moskvaya gedib qayıdandan sonra başa düşüb ki, əlindən nəyisə versə, axırı çatacaq. O məhz buna görə də idarəçiliyi öz əlinə alıb”.

Vardanyan hələ ki susur

Azatutyun vurğulayır ki, Qarabağda üç aya yaxındır “dövlət naziri” kimi çalışan Vardanyanın istefasına dair söz-söhbət İlham Əliyevin ön şərt irəli sürməsindən sonra daha da qızışıb.

“Qarabağ parlamentinin müxalifətdən olan deputatı” kimi təqdim olunan Metakse Akopyan Azatutyuna deyib ki, Ruben Vardanyan könüllü olaraq istefaya getməyəcək və Arutyunyan onu istefaya göndərməli olacaq.

Akopyan əlavə edib ki, Arutyunyan bununla da Əliyevin tələbini yerinə yetirmiş sayılacaq.

Akopyanın sözlərinə görə Ruben Vardanyan Bakının Qarabağla bir milli azlıq kimi dialoq aparmasına qarşıdır. Vardanyan bu danışıqlarda Qarabağın bərabər tərəf olmasını istəyir.

Metakse Akopyan əmindir ki, Arutyunyan Ruben Vardanyanı istefaya göndərsə qarabağlıların hiddətinə səbəb olacaq.

Azatutyun yazır ki, bütün bu məlumatlarla bağlı Vardanyan və ya onun komandası hələ ki, heç bir açıqlama verməyib.

Erməni sakin: 'Türkiyə ilə sərhəd açılsa, gərək qapıları bağlayıb yataq'
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG