Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:29

Qazaxıstan rusiyalını kimə versin? ABŞ-a, yoxsa Rusiyaya?


Group-IB şirkətinin Moskvadakı ofisi (Arxiv fotosu)
Group-IB şirkətinin Moskvadakı ofisi (Arxiv fotosu)

Qazaxıstanda ABŞ-ın orderi əsasında Xaker jurnalının keçmiş baş redaktoru və kibercinayətlərə qarşı Rusiya texnologiyaları şirkətinin (F.A.C.C.T.) departament başçısı, Rusiya vətəndaşı Nikita Kislitsını saxlayıblar. Bu şirkət əvvəllər Group IB adı ilə tanınıb.

Kilslitsın bu şirkətdə şəbəkə biznesinin təhlükəsizliyinin inkişafına cavabdehdir.

Şirkət bildirir ki, Kislitsına iradların ona aidiyyəti yoxdur və bunlar on il əvvələ aid bir işlə bağlıdır. Şirkət əsaslandırır ki, o zaman Kislitsın jurnalist işləyirdi və sərbəst tədqiqatçıydı.

ABŞ Maliyyə Nazirliyi 2020-ci ildə Nikita Kislitsını 2012-ci ildə onun əlbiri tərəfindən Formspring sosial şəbəkəsindən oğurlanmış məlumatları satmağa cəhddə ittiham edib.

AzadlıqRadiosu yazır ki, Kislitsın Yevgeni Nikulin adlı rusiyalı hakerin işi üzrə keçirdi. Nikulin 2016-cı ildə Praqada saxlanıb və ABŞ-a ekstradisiya edilib. ABŞ məhkəməsi Nikulini kibercinayətdə təqsirli bilərək 7 il müddətinə azadlıqdan məhrum edib. O vaxt Kislitsının işi məhkəməyə gedib çıxmamışdı.

O FTB ilə əməkdaşlıq etmiş və Rusiya hakerləri barədə ifadələr vermişdi. ABŞ müstəntiqlərinin dediyinə görə həmin hakerlər Rusiyanın xüsusi xidmətlərinə bağlı ola bilərdilər. Kislitsının çalışdığı Group IB şirkəti bu ittihamların sübut olunmadığını bildirib.

Hazırda Qazaxıstan hakimiyyəti Kislitsının ABŞ-a ekstradisiyası üçün əsasları araşdırır.

Məsələyə “kompleks” baxılması nə deməkdir?

F.A.C.C.T. şirkəti bildirir ki, artıq vəkillər tutub və Kislitsının müdafiəsi üçün Rusiyanın Qazaxıstandakı baş konsulluğuna müraciət edib.

Rusiyanın Almatıdakı baş konsulluğu öz növbəsində Qazaxıstanı Kislitsının ekstradisiyası barəsində tələsik qərar qəbul etməməyə çağırıb.

İyunun 28-də məlum olmuşdu ki, Rusiya DİN Kislitsını axtarışa verib.

TASS agentliyi bildirir ki, Qazaxıstan habelə Kislitsının Rusiyaya ekstradisiyasına dair Rusiya baş prokurorluğunun sorğusunu nəzərdən keçirir.

Qazaxıstan baş prokurorunun müavini Ulan Bayjanov deyib ki, əgər Kislitsın Rusiyaya qayıtmaq istəsə onun məsələsinə “kompleks” şəkildə baxılacaq.

Bayjanovun sözlərinə görə Kislitsın Qazaxıstanda ona sığınacaq verilməsi üçün də müraciət edə bilər.

Rusiyanın standart fəndi

Müşahidəçilər bildirirlər ki, söhbət Rusiyanın belə hallarda əl atdığı standart fənddən gedir. Hardasa Rusiya vətəndaşı (adətən haker) ABŞ-ın orderi ilə saxlanırsa, Moskva da həmin şəxs barədə dərhal cinayət işi açıb verilməsini tələb edir.

Məsələn Krasnoyarsk diyarının qubernatorunun oğlu Artyom Uss İtaliyada ABŞ-ın orderi ilə saxlananda da belə olmuşdu.

Rusiya hakimiyyət orqanları Ussu “çirkli pulların yuyulması ittihamı ilə” dərhal axtarışa vermiş və hətta qiyabi həbs etmişdi.

Lakin o İtaliyadan Rusiyaya qaça bildikdən sonra vətənində onun Moskvadakı istintaq departamentinə “könüllü gəlməsi” ilə bağlı barəsindəki cəza dəyişdirilmiş və Rusiyadan çıxmaması üçün yazılı iltizamla əvəz edilmişdi.

XS
SM
MD
LG