Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:46

Qazaxıstan Buça qətliamına münasibət bildirdi


Maulen Aşimbayev
Maulen Aşimbayev

Qazaxıstan Senatının sədri Maulen Aşimbayev: "Hazırkı anda emosiional qiymətləndirmədən və ittihamlardan çəkinmək lazımdır"

Qazaxıstan parlamentinin üst palatası – Senatın sədri Maulen Aşimbayev Ukraynanın Buça şəhərində baş vermiş kütləvi qətlləri “beynəlxalq təhqiqat tələb edən faciə” adlandırıb.

Sözü gedən qətliam bu şəhər Rusiya qüvvələrinin işğalında olarkən baş verib.

Aşimbayev aprelin 7-də deyib:

"Bunun necə və niyə baş verdiyini, əlbəttə beynəlxalq təşkilatların, Qərb ölkələrinin, başqa ölkələrin iştirakilə beynəlxalq təhqiqat müəyyən etməlidir. Ukrayna xalqının, dünya birliyinin gözlədiyi də budur. Hazırkı anda emosiional qiymətləndirmədən və ittihamlardan çəkinmək lazımdır. Mən əminəm ki, BMT-nin rəhbərliyi ilə geniş və diqqətli araşdırma Buçada nə baş verdiyini müəyyən edəcək”.

Ehtiyatlı bəyanatlar

Buça küçələrində Rusiya qüvvələri bu şəhəri tərk etdikdən sonra səpələnmiş meyitlərin şəkilləri dünya boyunca mediada geniş yayılıb.

Ukrayna rəsmiləri Buçada 300-dən çox sakinin öldürüldüyünü və onlardan 50-sinin edam edildiyini bildirirlər.

Meyitlərdən bəzilərinin əlləri arxalarında bağlı idi.

Ukrayna prezidenti Volodimir Zelenski bu qətliamı “müharibə cinayəti” və “soyqırım” adlandırıb, Qərb ölkələri isə hadisə ilə bağlı Moskva üzərinə yeni sanksiyalar qoyublar.

Qazaxıstan Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ODKB) üzvüdür.

Ötən yanvarda Qazaxıstan ölkədə baş verən iğtişaşları yatırmaq üçün məhz ODKB qüvvələrini dəvət etmişdi.

Ukraynada müharibə başlanandan Qazaxıstan rəsmiləri hadisələr barədə ehtiyatlı bəyanatlar verir, Rusiyanı qıcıqlandırmamağa çalışırlar.

XS
SM
MD
LG