Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:33

Ramanada 8 ailənin həyatı təhlükədədir


Bakıdakı əyilmiş bina uça bilər
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Bakıdakı əyilmiş bina uça bilər. Arxiv videosu

«Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib baxış keçiriblər, akt yazıblar ki, bina yaşamağa təhlükəlidir. 2015-ci ilin oktyabrında Sabunçu rayon İcra Hakimiyyətinin də nümayəndələri gəlib, baxış keçiriblər. Elə həmin vaxtlar da söz verildi ki, tezliklə köçürüləcəyik. İlyarım keçib, hələ də canımızı dişimizə tutub dözürük».

Canını dişinə tutub dözənlər Ramana qəsəbəsi, 12-ci Mədən küçəsindəki 45 saylı binanın sakinləridir. 8 ailə illərdir ki, qəzalı binada həyatla çarpışır. Lakin bir müddət öncə mənzillərdən birinin tavanının tamamilə uçması sakinləri təşvişə salıb. Bina sakini Taleh Dadaşov: «1904-cü ilin binalarıdır. İstismar müddətini çoxdan başa vurub. Bütün mənzillərin tavanları şişib. Hər an uçmaq təhlükəsi var. Yuxarı mərtəbələrdə tavanlar çökür deyə, bəzi ailələr binanın zirzəmisinə əl gəzdirib ora köçüblər».

Buna da bax-'Vətəndaşı olmayan Baş Plana görə evindən çıxarırdılar'

KÖÇÜRÜLMƏDƏN XƏBƏR YOXDUR

Binaya baxış keçirənlər bildiriblər ki, təmirlik deyil, tamam sökülməli, bünövrədən yenisi tikilməlidir. Ötən ilin yayında sakinlər dövlət qurumlarından səs çıxmadığını görüb telekanallara müraciət ediblər. Bundan sonra yerli icra hakimiyyətinin başçısı sakinlərə qış yetişənədək köçürüləcəyini vəd edib. Özü də yaxınlıqda tikilən onmərtəbəli binaya… Qış gedib, yaz gəlib, ancaq köçürülmədən xəbər-ətər yoxdur.

Ramanada qəzalı ev, 9 mart 2017
Ramanada qəzalı ev, 9 mart 2017

Qonşuluqdakı 11-ci Mədən küçəsində də eyni vəziyyətdir. Qəzalı binalarda yaşayan sakinlər hökumətdən kömək gözləyirlər.

Sabunçu rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, yaxın vaxtlarda 12-ci Mədəndəki 45 saylı binanın sakinlərinin köçürülməsi nəzərdə tutulub: «O binanın təmir-bərpası mümkün deyil, təməlindən sökülməlidir. Ancaq ərazidə xeyli belə bina var və bu işləri bir gündə, bir ayda görmək mümkün deyil. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Sabunçu rayonu ərazisindəki qəzalı binalar siyahıya alınıb və proses çoxdan başlayıb. Yaxın vaxtlarda o binanın sakinləri ilə daha bir görüş olacaq».

Buna da bax-'Başımıza uçan evdən çıxarıldıq, küçədə qaldıq'

«80-DƏN ARTIQ BELƏ BİNA VAR»

Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən 5 il ərzində istismar müddəti bitmiş binaların sökülməsi nəzərdə tutulub. Nazirlər Kabinetinin «Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» qərarına əsasən, bu rayonda 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində tikilmiş bəzi binaların istismar müddəti çoxdan keçib.

İcra hakimiyyətindən bildirilib ki, söhbət arxitektura əhəmiyyətli binalardan getmir. Elə yaşayış binaları var ki, 1880-ci, 1903-cü, 1908-ci ildə tikilib, qəzalı vəziyyətdədir, müəyyən yerləri uçan binalar da var. Fərdi evlər bura aid deyil, yalnız dövlət balansında olan binalar («JEK» evləri) sökülməli, yerlərində yeni, hər cür şəraiti olan binalar tikilməlidir: «Sabunçu rayonunda bu cür qəzalı vəziyyətdə olan 80-dən artıq bina var. Bina var ki, 60 mənzili, bina var ki, 30 mənzili, bina da var ki, barak tiplidir, az mənzili var. Ümumilikdə, belə binalarda 2 min 500-3 min civarında mənzil var».

Ramanada qəzalı ev, 9 mart 2017
Ramanada qəzalı ev, 9 mart 2017

Nazirlər Kabinetinin qərarı ilə prosesin sürətlə və effektiv gerçəkləşməsi üçün Sabunçu rayonunda qəzalı binaların sökülməsi, yeni binaların tikintisi, layihə sənədlərinə icazə verilməsi və istismara qəbulu ilə əlaqədar səlahiyyətlər Sabunçu rayon İcra Hakimiyyətinə verilib.

XS
SM
MD
LG