Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:38

Rusiya ATƏT-in Parlament Assambleyasında fəaliyyətini dayandırır.


Rusiya Dövlət Duması və Federasiya Şurası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (ATƏT PA) fəaliyyətlərinin dayandırıldığını bəyan ediblər.

Bəyanatda bu da qeyd olunur ki, Moskva təşkilata üzvlük ödənişlərini dayandıracaq:

"Qərəzli ayrıseçkiçilik yanaşmaları, ikili standartlar, tam rusofobiya, bərabər və bölünməz təhlükəsizliyin müzakirəsi də daxil predmetli diskussiyaya hazırsızlıq ATƏT PA-nın parlamentlərarası münasibətlər mexanizmi kimi son dərəcə deqradasiyasından xəbər verir”.

Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurasının sədri Valentina Matviyenko qəbul olunmuş qərar barədə ATƏT Pa-nın hazırda Rumıniyada keçirilən sessiyasına təcili “teleqram” göndərilməsini tapşırıb.

Rusiya millət vəkilləri deyirlər ki, yaranmış vəziyyətdə “son nöqtəni” Rumıniyanın Rusiya nümayəndə heyətinin üzvlərinə viza verməkdən “nümayişkəranə” imtinası qoyub. Onlar ATƏT PA-nın Buxarestdə keçirilən illik sessiyasında iştirak etməli idilər.

Rusiyalıları heç yerə dəvət etmirlər

Rumıniya bundan əvvəl Rusiya nümayəndə heyətinin üzvlərinə viza verməkdən Moskvanın Ukraynaya qarşı təcavüzünə görə imtina edib.

Rusiya ATƏT PA-nın azı dörd iclasında – 2022-ci ildə Britaniyada, 2023-cü ildə Kanada və Ermənistanda, bu il isə Avstriyada keçirilən sessiyalarda iştirak etməyib.

Dövlət Dumasının beynəlxalq işlər komitəsinin sədri və Rusiya Liberal Demokrat Partiyasının lideri Leonid Slutski fevral ayında demişdi ki, Rusiya nümayəndələri Assambleya çərçivəsində heç bir tədbirə dəvət olunmurlar.

Dövlət Duması 2023-cü ilin aprelindən ATƏT PA-ya üzvlük haqqının ödənməsindən imtina edib.

Duma sədrinin müavini Pyotr Tolstoy demişdi ki, AŞPA Rusiya orada fəaliyyətini dayandırdıqdan sonra büdcəsinin 6 faizini itirib.

XS
SM
MD
LG