Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:51

Rusiyanın Ukraynadakı bəzi qüvvələrini Kursk cəbhəsinə keçirdiyi xəbər verilir


Arxiv fotosu
Arxiv fotosu

Rusiya Kursk vilayətində Ukrayna silahlı qüvvələrinin hücumunu dayandırmaq məqsədilə işğal olunmuş ərazilərdəki bir neçə birləşməsini oradan çıxarıb. Bu birləşmələrin briqada ölçüsündə olduğu deyilir. Hər bir briqadada minədək əsgər olur.

CNN telekanalın kəşfiyyata yaxın mənbələrə istinadla yaydığı xəbərdə deyilir ki, bununla belə Rusiya əsas qüvvələrini Ukrayna ərazisində saxlayır.

Mənbələrdən biri bunu belə şərh edib:

"Hesab olunur ki, Rusiyanın Ukrayna cəbhəsində yüz minlərlə əsgəri var. Odur ki, rəsmilərin dediyi kimi, bir neçə min əsgərin başqa istiqamətə keçirilməsi qısa müddətdə elə də ciddi nəticələrə səbəb olmaya bilər”.

CNN-nin adı çəkilməyən mənbəyi əlavə edib:

"Biz hələ ki, əsaslı qoşun keçirilməsini görmürük və bunun səbəbini deyə bilmirik: Çünki onlar qoşunları ya təzəlikcə hərəkətə gətiriblər, ya da yerini dəyişmək üçün qüvvələri yoxdur”.

“Putin Donbası tutmaq niyyətindən əl çəkməyib”

Digər mənbə isə bu qənaətdədir ki, Rusiya Kurskun müdafiəsini daha çox müddətli hərbi qulluqçuların hesabına möhkəmləndirməyə çalışır.

Yüksək vəzifəli ABŞ məmuru telekanala deyib ki, kəşfiyyatın məlumatına görə Rusiya Ukraynadakı birləşmələrdən başqa, Kursk vilayətinə Leninqrad hərbi dairəsinin şəxsi heyətini və Kalininqraddakı hərbçilərini göndərib.

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar koordinatoru Con Kirbi CNN-ə deyib ki, Rusiya bəzi resurslarını Kursk vilayətinə, ehtimalən Ukrayna qüvvələrinin qarşısını almaq məqsədilə keçirir.

Lakin Kirbinin sözlərinə görə qoşunların Ukrayna ərazisindən aparılması, hələ Putinin Donbas və Zaporojyedəki hərbi əməliyyatlardan əl çəkməsi kimi qiymətləndirilməməlidir.

Əməliyyat diqqətəlayiqdir, amma...

CNN-nin mənbələrindən biri deyib ki, Ukrayna ordusunun Kurskda apardığı əməliyyat diqqətəlayiqdir, lakin Ukrayna ora itirilməsini istəmədiyi təcrübəli döyüşçülərini göndərib.

Telekanalın mənbələri bildirirlər ki, onların fikrincə Ukrayna Kursk vilayətindəki əraziləri uzun müddət saxlaya bilməyəcək və buna görə də bu əməliyyatın müharibənin ümumi gedişini necə təsirləndirəcəyini söyləmək çətindir.

Bundan başqa CNN telekanalının bir neçə mənbəyi bildirir ki, ABŞ Ukrayna ordusuna Amerikanın uzaqvuran silahlarından istifadə icazəsi vermək istəmir. Lakin bu, Vaşinqtonun eskalasiyadan çəkinməsi ilə yox, ABŞ-ın Ukraynaya çox sayda ATACMS raketi verə bilməməsi ilə bağlıdır.

ABŞ hərbçilərinin fikrincə qənaət üçün bu raketlərlə ilhaq edilmiş Krımdakı obyektlərin vurulması daha məqsədəuyğundur.

Çoxsaylı videolara istinadla bildirilir ki, Kurskda yüzlərlə Rusiya əsgəri ukraynalılara əsir düşüb.

Ukrayna ordusunun da itkilər verdiyi məlumdur. Lakin tərəflər bu barədə məlumatları yaymırlar.

XS
SM
MD
LG