Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:42

Rusiyanın Mərkəzi Asiyadakı 'dost' ölkələrin banklarından istifadəsi daha da çətinləşib


Rusiyadan Mərkəzi Asiya bankları vasitəsilə edilən ödənişlərin rədd edilməsi halları bir ayda 30 faiz artıb.

Bu məlumatı logistika şirkətlərinin təhlil və icmallarına istinadla RBK agentliyi yayıb.

Bununla yanaşı ödənişin keçirilməsi müddəti iki həftəyədək uzanıb. Söhbət Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan banklarından gedir.

Xəbərdə deyilir ki, banklar rusiyalı müştərilərdən indi daha çox məlumat tələb edirlər. PEK nəqliyyat şirkətinin maliyyə direktoru Roman Romaşevskinin sölərinə görə onlar şirkətin təsisçisi, müştəriləri, müqavilələri və vəsaitlərinin mənşəyi barədə məlumat verməlidirlər.

Bu da qeyd olunur ki, ən çox problem vəsaitlərin Mərkəzi Asiya bankları vasitəsilə Çinə köçürülməsi zamanı yaşanır.

Şərhçilər qeyd edirlər ki, “dost ölkələrin” bankları vasitəsilə ödənişlərdə problemlər 2023-cü ildə başlanıb, lakin bu il bu problemlər dolayısı ilə sanksiyalara görə daha da artıb.

“Rusiyanın dayaqları” beynəlxalq əlaqələr komitəsinin sədri Nikolay Dunayev bunu bankların ikili ABŞ sanksiyalarından çəkinməsi ilə izah edir.

Çin bankları da ehtiyat edirlər

Bundan əvvəl Rusiya şirkətləri vəsaitlərin Çin bankları vasitəsilə köçürülməsi zamanı yaranan problemlərdən şikayət etmişdilər.

Rusiya maliyyə təşkilatları 2023-cü ilin iyulunda Çin milli valyutası yuanla ifadə olunan vəsaitlərin Bank of China bankı vasitəsilə köçürülməsi zamanı qadağanla üzləşmişdilər.

Bu ilin fevralından isə Rusiya idxalçıları üçün əsas bank olan Chouzhou Commercial Rusiya ilə bütün hesablaşmaları dayandırıb.

ABŞ prezidenti Co Baydenin 2023-cü ilin dekabrında verdiyi fərman ABŞ Maliyyə Nazirliyinin Rusiyaya qarşı sanksiyaları pozan bankları cəzalandırmasını xeyli sadələşdirib.

Sanksiyaları pozanlar SDN adlı məhdudlaşdırıcı siyahıya daxil edilmək və ya ABŞ kredit təşkilatlarındakı müxbir hesablarının bloklanması təhlükəsi ilə üzləşirlər.

ABŞ habelə bir neçə Çin banklarına Rusiyaya hərbidə istifadə oluna biləcək malların ixracına qadağanı pozduqlarına görə sanksiyalar qoyub.

XS
SM
MD
LG