Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:39

Rusiya ‘Moskviç’inin yeni modeli əslində Çin avtomobilidir


Çinin JAC JS4 krossoveri
Çinin JAC JS4 krossoveri

Çinin JAC şirkəti səhmlərinin 50 faizinin sahibi Almaniyanın Volkswagen şirkəti, digər yarısının sahibi isə Çin hökumətidir

Rusiya “Moskviç” marakasından olan avtomobilin yeni modelinin istehsalına Renault şirkətinin keçmiş zavodunda başlamağı planlaşdırır.

Bu barədə məlumat Rosstandartın data bazasında dərc olunub.

Yeni “Moskviç” avtomobillərinin Çinin JAC JS4 krossoverinin iki modifikasiyada surəti olduğu məlum olub.

Yeni avtomobillərin həm benzin, həm də elektriklə işləyən modifikasiyaları olacaq.

Eskizlərdən bəlli olur ki, avtomobilin xarici görünüşü orjinaldan fərqlənməyəcək.

Ruben Vardanyan: 'Ermənistan bizim əvəzimizə qərar verə bilməz'
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

Həm benzin, həm elektriklə

“Moskviç” brendinin bərpa olunacağını Moskva meri Sergey Sobyanin demişdi.

Rusiyanın Ukraynaya əsassız və səbəbsiz müdaxiləsinin ardınca Fransanın avtomobil nəhəngi – Renault alyansı Rusiya bazarını tərk edib.

Vaxtilə Renault şirkətinə verilmiş keçmiş “Moskviç” zavodu şəhər hakimiyyətinə qaytarılıb.

Noyabrın 18-də Sobyanin deyib ki, avtomobillərin yığılmasına gələn həftə başlanacaq.

Bundan əvvəlki xəbərlərə görə ilin sonunadək 600 avtomobil buraxılacaq. Bunlardan 400-ü benzin, 200-ü elektriklə işləyəcək.

Bu da bildirilir ki, ən azı ilk mərhələdə söhbət Rusiya istehsalından yox, iri hissələrin yığılmasından gedir.

Çin avtomobili Rusiya bazarında satılsa da reklam olunmur

Çinin JAC şirkəti səhmlərinin 50 faizinin sahibi Almaniyanın Volkswagen şirkəti, digər yarısının sahibi isə Çin hökumətidir.

Çin şirkəti JS4 modifikasiyasını 2020-ci ildən daxili bazarda satır. Elə həmin vaxt bu markanın Rusiya bazarında da satılacağının anonsu verilmişdi.

Təbrizdə tələbə qızın dəfni etiraz aksiyasına çevirildi
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

Avtorevyu jurnalı yazır ki, Çin avtomobilinin orjinal marka ilə təqdimatı oktyabr ayında olmalı idi, lakin tədbir sonradan ləğv edilmişdi.

Çin avtomobillərinin ilk dəsti Rusiyaya hələ yayın əvvəllərində gətirilmişdi. Bu avtomobillərin reklamları verilmir.

Görünür bunu, avtomobillərin gələcək “Moskviç”lə rəqabətə girməməsi üçün edirlər.

XS
SM
MD
LG