Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:39

Bloomberg: Rusiyadan neft ixracı bir həftədə 54 faiz azalıb


Rusiya neftinə qiymət həddi qoyulmasından və tankerlərlə daşınan Rusiya neftinin qadağanından bir həftə sonra Rusiyanın neft ixracı günə 1.86 milyon barrel və ya 54 faiz azalıb.

Bloomberg bu hesablamanı tankerlərin hərəkətinə dair məlumatlar əsasında aparıb.

Belə kəskin azalmanın səbəblərindən biri kimi Baltik dənizindəki əsas liman – Primorsk portunda aparılan texniki işlər göstərilir.

Burada doldurulan gəmilərin sayı 8 tankerdən 3 tankerə düşüb.

Başqa səbəblər

Uzaq Şərqdəki Naxodka körfəzində yerləşən Kozmina neftdoldurma portunda bir həftə ərzində cəmi iki tanker doldurulub.

Bu da xəbər verilir ki, azı iki iri tanker sahibi olan şirkət gəmilərini marşrutdan geri çağırıb.

Buna səbəb bu neftin Rusiya neftinə qoyulmuş ən yüksək qiymət həddinən baha olması olub.

Bu qiymətə Rusiya neftini daşımaq gəmi şirkətini beynəlxalq sığortadan məhrum edə bilər.

Bloomberg yazır ki, Kozminadan neftin daşınması bərpa olunacaq, çünki artıq 3 tanker doldurulub, iki tanker isə körpüyə yan alıb.

Bununla belə portda park yerlərinin azlığına görə ixrac olunan həcmlər qeyri-sabit ola bilər.

Bloomberg saytının özü də etiraf edir ki, belə məlumatlara ehtiyatla yanaşmaq lazımdır, beləki gündəlik neft axını yük daşımalarının planlaşdırılmasından, hava şəraitindən və hətta gəmilərin özlərinin verdiyi siqnalların keyfiyyətindən asılı ola bilər.

Rusiyalıların ən çox axışdığı ölkələrdən biri də Özbəkstandır
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Amma hər halda təsir göstərir

Dekabrın 5-dən tankerlərlə daşınan Rusiya neftinin Avropa İttifaqı ölkələrinə gətirilməsinin qadağanı və tankerlərlə daşınan Rusiya neftinə qoyulmuş bir barrel üçün 60 dollar həddi qüvvəyə minib.

Bu məhdudiyyətlərin qoyulması barədə qərarı Avropa İttifaqı, G7 ölkələri və Avtraliya razılaşdırıblar.

Rusiya isə bildirib ki, hasilatını azaltmaq hesabına olsa belə, ona sərf etməyən qiymətlərlə neft satmayacaq.

Reuters agentliyi qeyd edir ki, Rusiya neftinə qiymət həddi qoyulması Moskvanı alternativ bazarlar axtarmağa məcbur edib.

İndi Rusiya Asiya regionuna gündə 1 milyon barrel neft ixrac edir.

Agentliyin məlumatına görə Rusiya dekabr ayında Hindistana Urals markasından olan neftin bir barrelini 60 dollardan xeyli ucuz satıb.

XS
SM
MD
LG