Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:48

Kreml deyir ki, sərhədləri bağlamaq fikri yoxdur


Rusiya-Finlandiya sərhədi
Rusiya-Finlandiya sərhədi

Qazaxıstan Miqrasiya Xidmətinin rəhbəri, polkovnik Aslan Atalıqov deyib ki, ölkədə Rusiyadan gələnlərin sayı dramatik şəkildə artıb

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peksov deyib ki, on minlərlə rusiyalı kişinin səfərbərliklə bağlı Gürcüstana, Qazaxıstana və Monqolustana qaçmasına baxmayaraq Moskva sərhədləri bağlamaq niyyətində deyil.

Sentyabrın 26-da Moskvada keçirilən mətbuat konfransında sərhədlərin bağlanacağına dair şayiələrlə bağlı suala cavab verərkən Peskov deyib ki, sərhədlərin bağlanacağına dair məlumatı yoxdur.

Amma bu arada rusiyalıların ölkədən çıxması davam edir. Bəzi mediaların verdiyi xəbərə görə qismən səfərbərlik elan ediləndən bəri Rusiyanı 260 mindən çox adam tərk edib.

Qazaxıstan Miqrasiya Xidmətinin rəhbəri, polkovnik Aslan Atalıqov deyib ki, ölkədə Rusiyadan gələnlərin sayı dramatik şəkildə artıb.

O deyib ki, Qazaxıstana gəlmiş rusiyalılardan 40 mini artıq başqa ölkələrə, xüsusən də Özbəkistan və Qırğızıstana gedib.

Monqolustan monqollara qucaq açır

Rusiyadan Qazaxıstana axın o qədər böyükdür ki, Oral şəhərindəki kinoteartr miqrantların yaşaması üçün ayrılıb.

Həftəsonu Monqolustan prezidenti Tsaxiyagin Elbeqdorj YouTube kanalında yaydığı müraciətində Rusiyanın tuva, buryat və kalmık əsilli vətəndaşlarını “ukraynalıları öldürməkdənsə” Monqolustana gəlməyə çağırıb:

"Mən bilirəm ki, bu qanlı müharibə başlanandan Rusiyada yaşayan etnik azlıqlar daha çox iztirab çəkiblər. Ən çox da əzab çəkən Buryatiya monqolları, Tuva monqolları və Kalmıkiya monqolları olub. Yüzlərlə monqol öldürülüb, minlərlə monqol yaralanıb. Biz monqollara qucaq açmağa hazırıq”.

Elbeqdorj habelə Rusiya prezidenti Vladimir Putini müharibəni dərhal dayandırmağa çağırıb.

O deyib ki, ukraynalıların azad ölkə kimi yaşamaq haqqı var.

XS
SM
MD
LG