Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:36

Ukrayna Rusiya neftinin Avropaya nəqlini dayandırır


Rusiyanın Transneft şirkəti bildirir ki, buna səbəb Rusiya tərəfinin xidmətlərə görə ödənişləri etməməsidir

Ukraynanın dövlət magistral kəmərlər əməliyyatçısı – Ukrtransnaft Rusiya neftinin “Drujba” kəmərinin cənub qolu ilə Macarıstan, Çexiya və Slovakiya istiqamətində axınını dayandırıb.

Rusiyanın Transneft şirkəti bildirir ki, buna səbəb Rusiya tərəfinin xidmətlərə görə ödənişləri etməməsidir.

Rusiya şirkəti bildirir ki, ödənişləri Avropa İttifaqının sanksiyalarlı üzündən edə ilmir, Ukrayna isə Rusiya yanacağının nəqli üçün ödənişlərin əvvəlcədən 100 faiz edilməsini tələb edir.

6 və 7-ci sanksiya paketləri

Ötən iyun ayında Avropa İttifaqı sanksiyaların Rusiya neftindən tamamilə imtina olunmasını nəzərdə tutan 6-cı paketini qəbul edib.

Lakin İttifaq bu sanksiyalardan Macarıstan və Slovakiyaya görə istisnalara icazə verib.

Beləki bu iki ölkənin yanacaq bazarında Rusiya neftinin dərhal əvəzlənməsi üçün imkan yoxdur.

Transneft bildirir ki, ödənişləri iyul ayında razılaşdırılmış 7-ci sansksiya paketinə görə edə bilmir.

Ukrayna hətta Rusiyanın bu ölkəyə tammiqyaslı hərbi müdaxiləsindən sonra da Rusiya neft və qazının Avropaya nəqlini davam etdirir, Moskva isə tranzit haqlarını ödəyir.

Neftin nəqli üçün hazırkı müqavilə 2019-cu ildə imzalanıb və 2030-cu ilin yanvarınadək etubarlıdır.

Transneftin özü Aİ-nin 4-cü sanksiya paketinə salınıb.

XS
SM
MD
LG