Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:33

Bakı Sarkis Qalstyanı Xankəndiyə komendant təyin edibmi?


Sarkis Qalstyan
Sarkis Qalstyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır: Sarkis Qalstyan kimdir və onun Bakı tərəfindən Xankəndiyə komendant təyin edilməsinə dair xəbər doğrudurmu? Bunu hələ ki, nə Qalstyanın qohumları, nə də Azərbaycan hakimiyyəti təsdiqləmir.

Hələlik yalnız jurnalist Tatul Akopyan özünün Facebook səhifəsində yazıb ki, “Sarkis Qalstan Əliyev administrasiyası tərəfindən Stepanakertin (Xankəndi – red) komendantı təyin olunub”.

Akopyan belə bir şübhəsini də bildirib ki, Dağlıq Qarabağda uzun illər müxtəlif vəzifələr tutmuş Qalstyan “90-cı illərdə Azərbaycanın xüsusi xidmətləri tərəfindən ələ alınıb”.

Qohumları: Sarkis Qalstyanın azərbaycanlılarla heç bir əlaqəsi yoxdur

Sarkis Qalstyanın qohumları Azatutyuna deyiblər ki, o həqiqətən də arvadı ilə birlikdə Qarabağda qalıb.

Qohumlardan biri deyib ki, dünən gecə Qalstyanla söhbət edib və o azərbaycanlılarla əməkdaşlıq etdiyini və hər hansı vəzifəyə qoyulduğunu danıb.

Qohumlarının sözlərinə görə telefon əlaqəsi olmadığından Qalstayan Yerevandakı yaxınları ilə rusların vasitəsilə danışır:

“Mən onunla danışdım. Belə bir şey yoxdur. O xəbəri təkzib etdi. Azərbaycanlılarla ümumiyyətlə heç bir əlaqəsi yoxdur”.

"Əminəm ki, o, Qarabağdakı ermənilərin problemləri ilə məşğuldur"

“Mən az qala əminəm ki, Sarkis Qalstyan Qarabağda qalmış ermənilərin problemləri ilə məşğul olur”.

Bunu Azatutyunun “Dağlıq Qarabağın müxalifətçi deputatı” kimi təqdim etdiyi David Qalstyan deyib.

Bu da qeyd olunur ki, Sarkis Qalstyan Qarabağın keçmiş “parlamentində” “Ədalət” müxalifət fraksiyasının rəhbəri David Qalstyanın əmisidir.

“Deputat” Azatutyuna deyib ki, əmisinin Xankəndinin komendantı təyin olunmasına və azərbaycanlılarla əməkdaşlıq etməsinə dair heç bir məlumatı yoxdur.

O deyib ki, əmisini son dəfə sentyabrın 28-dən sonra görüb və o vaxt Qarabağdan evakuasiya gedirdi.

“Deputatın” sözlərinə görə əmisi ona deyib ki, Ermənistana getməyəcək və orda qalan ermənilərə kömək edəcək:

“O dedi ki, lap bircə nəfər də qalsa, o onunla qalacaq. Mən elə bilirdim ki, hamı çıxıb gedib. Sən demə hamı çıxıb getməyibmiş və o da orda qalıb”.

"Qalstyan soyadlı qeyri-vətənpərvər adam tanımıram..."

David Qalstyan bunu da deyib ki, əmisi uzun illər Dağlıq Qarabağda müxtəlif vəzifələrdə çalışıb, 1990-cı illərdə hərbi əməliyyatlarda iştirak edib, "Şuşa inzibati rayonunun" başçı müavini olub. Bundan sonra “Hərbi vətənpərvərlik və təhsil nazirliyində” çalışıb. Sentyabrın 19-da Azərbaycanın hərbi əməliyyatından sonra separatçıların lideri Samvel Şahramanyan onu başqa vəzifəyə keçirib:

“Bütün məmurlar Artsaxı (Qarabağ-red) tərk ediblər. Ola bilsin, ona orda qalanların məsələsini həll etmək üçün vəzifə veriblər”.

Jurnalist Tatul Akopyanın onun əmisi barədə yazdıqlarına toxunan David Qalstyan soruşub ki, əmisinin azərbaycanlılar tərəfindən ələ alındığı barədə informasiyanı jurnalist necə öyrənib.

Keçmiş “deputat” deyib ki, bu, əmisinin və başqa Qarabağ məmurlarının gözdən salınması üçün bilərəkdən edilir:

“Əgər bu xüsusi xidmətlərin rəsmi məlumatı olsaydı, bəlkə də sizin suallarınıza cavab verə bilərdim. Amma bunun rəsmi əsası yoxdursa, mən bunu şərh etmək istəmirəm. Mən Qalstyan soyadlı qeyri-vətənpərvər adam tanımıram”.

Fransa Ermənistana hansı silahları sata bilər?
Gözlə

No media source currently available

0:00 0:04:30 0:00

"O, azərbaycanlılarla əməkdaşlıq üçün orada qalıb"

Qarabağda müxtəlif vəzifələrdə çalışmış Sarkis Qalstyanın orada qalmasını Azatutyunla söhbətində “yüksək vəzifəli Qarabağ məmuru” kimi təqdim edilən, amma adının çəkilməsini istəməyən bir nəfər də təsdiqləyib:

“Sarkis Qalstyan dedi ki, qalır və azərbaycanlılarla əməkdaşlığa başladı. Amma ona hər hansı vəzifə verilib-verilməməsini bilmirəm”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın Qarabağ vilayətini və ətraf 7 rayonunu işğal edib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum özünü buraxdığını elan edib.

Erməni əhaliyə Azərbaycan hakimiyyətinin qarantiyaları barədə düşünmək, tərk edilmiş evlərinə qayıtmağı nəzərdən keçirmək təklif olunub.

XS
SM
MD
LG