Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:50

Senat Ukraynaya, İsrailə və Tayvana yardım qanununu qəbul edib, amma...


ABŞ Konqresi
ABŞ Konqresi

ABŞ Senatı fevarlın 13-də Ukrayna, İsrail və Tayvana 95 milyard dollar həcmində maliyyə yardımı nəzərdə tutan qanunvericilik aktını qəbul edib.

Senatda keçirilən səsvermədə qanun layihəsinin leyhinə 70, əleyhinə 29 senator səs verib.

Sənədin qəbul olunması üçün minimum yuxarı hədd 60 səs idi. Qanun layihəsini dəstəkləyənlərin arasında 22 respublikaçı da var.

Bu da xəbər verilir ki, sənəd Ukraynaya yardıma etiraz edən respublikaçıların 6 saatlıq nitqlərinin ardınca sübh çağı qəbul olunub.

İndi qanun layihəsi respublikaçıların nəzarətində olan aşağı palataya - Nümayəndələr Palatasına göndərilib.

Şərhçilərin fikrincə burada sənədin qanuna çevrilmək şansı əhəmiyyətli dərəcədə azdır.

Zelenskinin çağırışları

Prezident Co Bayden artıq aylardır ki, Konqresi Ukraynaya və ABŞ-ın Hind-Sakit okeanı regionundakı müttəfiqlərinə maliyyə yardımları haqqında qanunun sürətləndirilməsinə çağırır.

Ukrayna hakimiyyəti bildirir ki, əsas müttəfiqi - Vaşqintonun dəstəyi olmadığı və silah çatışmazlığı baş verdiyi bir vaxtda Rusiya yeni hücumlarını davam etdirir.

Ukrayna prezidenti Volodimir Zelenski Senatda keçirilən səsvermənin nəticəsini alqışlayıb.

Bu qanun layihəsindəki 95 milyard dolların 61 milyardı Kiyev üçün nəzərdə tutulub.

Zelenski bu barədə X sosial media platformasında yazıb:

"Amerika yardımı Ukraynada ədalətli sülhü yaxınlaşdırır və qlobal stabilliyi bərpa edir. Bu isə həm amerikalıların, eləcə də bütün azad dünyanın təhlükəsizliyinə xidmət edir”.

Trampın təsiri

Baydenin imzalaması üçün qanun hər iki palata tərəfindən qəbul olunmalıdır.

Respublikaçılar uzun müddətdir ki, bu qanun layihsinə cənub sərhədlərindən miqrasiya axınının dayandırılması tədbirlərinin daxil edilməsini tələb edirlər.

Lakin bir neçə ay aparılan danışıqlardan sonra Senatda qəbul edilmiş ikipartiyalı razılaşma nəticə etibarilə əksər respublikaçıların narazılığına səbəb olub.

Bundan az əvvəl keçmiş prezident Donald Tramp bu ikipartiyalı razılaşmanı mənfi qiymətləndirmişdi.

Ötən həftə Senatdakı demokrat çoxluğun lideri Çak Şumer qanun layihəsindən sərhəd təhlükəsizliyinə dair müddəanı çıxarıb.

XS
SM
MD
LG