Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:44

“Başçı gözünü yumub o boyda tarixin üstündən traktorla keçdi”


Sovetskidə söküntü (Arxiv)
Sovetskidə söküntü (Arxiv)

►Sovetski sakini: Başçı hardan bilsin ki, Şərifzadə kim olub

“Şərifzadə repressiya qurbanı olub. O insanı bu evdən həbs edib aparıblar, sonra da güllələyiblər. Həmin vaxtlar məhz bu evdən axtarış vaxtı götürdükləri tamaşa üçün oyuncaq “silahları” gerçək silah kimi sənədləşdirib rejissora qarşı ittiham irəli sürüblər. Bunlar hamısı tarixdir. Bu tarix 1 əsrə yaxındır ki, icra hakimiyyətinin sökdüyü həmin üçmərtəbəli evdə yaşadılırdı”.

Sovetski sakini Novella Əsgərova deyir, Yasamal rayon icra hakimiyyətinin Azərbaycanın ilk kinorejissorlarından və aktyorlarından biri, əməkdar artist Abbas Mirzə Şərifzadənin və onun həyat yoldaşı SSRİ xalq artisti Mərziyə Davudovanın yaşadığı üçmərtəbəli evi sökməsi ona pis təsir edib.

Novella xanımın sözlərinə görə, fəhlələr evi sökməyə gələrkən yaxınlıqda yaşayanlar mane olmağa çalışıblar:

“Biz evin sökülməsinə imkan verməməyə çalışırdıq. İcra hakimiyyətinin söküntünü aparan iş icraçılarına başa salmağa çalışırdıq ki, bu bina tarixi abidədir. Hamımızı kənarlaşdırıb binanı bir göz qırpımında dağıtdılar”.

“TARİXİN ÜSTÜNDƏN TRAKTORLA KEÇDİ”

Binanın söküləcəyini eşitdikləri vaxtdan sakinlər prezidentə məktub göndəriblərmiş. Ancaq Prezident Administrasiyasından gözlədikləri xəbər əvəzinə, mayın 14-də əraziyə ağır texnikalar gəlib və binanı yerli-dibli söküb.

Ərazidən köçürülənlərdən biri Tamerlan Hüseynov:

“Əvvəl üstündəki xatirə lövhəsini, sonra qapısını çıxarıb apardılar… Əslində Sovetskidəki bütün evlər tarixi abidə hesab olunur. Bununla belə, sökürdülərsə, ən azı Şərifzadənin və bir neçə belə evin aqibəti bizim evlərdən seçilməliydi. Görünür, icra başçısı Şərifzadəni tanımır, tarixdən xəbərsizdir. Ona görə də gözünü yumub o boyda tarixin üstündən traktorla keçdi”.

____________________________________________________________

Bunlara da bax:
«Laçının işğalından üç ay sonra kəndə qayıtdıq»
Ombudsman Aparatı gənclərə işgəncə verilmədiyini deyir

____________________________________________________________

NAZİRLƏR KABİNETİ QƏRAR VERMƏYİB

Yasamal rayon icra hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, qeyd olunan bina tarixi abidələr siyahısından çıxarılıb.

“Qəsr” İctimai Birliyinin rəhbəri Fəxrəddin Gözəlövsa deyir, Sovetskidəki tarixi abidələrin siyahıdan çıxarılması ilə bağlı Nazirlər Kabinetinin hər hansı qərarı yoxdur:

“Nazirlər Kabineti tarixi binaları özbaşına siyahıdan çıxara bilməz. Sovetski ərazisində 118 tarixi abidə var. Onlardan 113-nün siyahısı məndə də var. Onlardan yarısı artıq sökülüb. Halbuki, Milli Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu rəy verib ki, binalar qalmalıdır. Abbas Mirzə Şərifzadənin evi və digər belə tarixi binalar 2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə dövlət mühafizəsinə götürülmüşdü”.

Akademik Milli Dram Teatrının yaxınlığında, artıq yeri şumlanmış mülk 1910-cu ildə tikilib. Deputat Fazil Mustafa tarixi abidənin sökülməməsindən ötrü parlamentdə məsələ də qaldırmışdı.

Buna da bax: "Sovetski"də söküntü davam edir, hələ də yaşayış olsa belə

"Sovetski"də söküntü davam edir, hələ də yaşayış olsa belə
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

XS
SM
MD
LG