Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:41

Bayden və Si Ukraynada nüvə silahından istifadəyə qarşı çıxış etdilər


ABŞ prezidenti Co Bayden və Çin Xalq Respubliklasının sədri Si Tsinpin
ABŞ prezidenti Co Bayden və Çin Xalq Respubliklasının sədri Si Tsinpin

Məlumatda deyilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi məsələsini bu görüşdə Bayden qaldırıb

ABŞ prezidenti Co Bayden və Çin Xalq Respubliklasının sədri Si Tsinpin İndoneziyanın Bali şəhərində keçirdikləri görüşdə, başqa məsələlərlə yanaşı, həm də Rusiyanın Ukrayanaya müdaxiləsi mövzusuna toxunublar.

İki lider bu münaqişədə nüvə silahından istifadəyə qarşı çıxış ediblər.

Bu barədə məlumatı Ağ Ev yayıb.

Məlumatda deyilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi məsələsini bu görüşdə Bayden qaldırıb:

"Prezident Bayden və sədr Si təsdiq ediblər ki, onlar nüvə müharibəsinin heç vaxt başlanmaması və belə bir müharibədə qaliblərin ola bilməyəcəyinə dair razılığa gəliblər. Onlar vurğulayıblar ki, Ukraynada nüvə silahından istifadə və ya istifadə ilə hədələməyə qarşı çıxış edirlər”.

Müşahidəçilər bildirirlər ki, Ukraynanın nüvə silahı olmadığına görə Bayden və Sinin Rusiyaya müraciət etdikləri aydındır.

Münaqişə yox, rəqabət

Ağ Evin məlumatında deyilir ki, iki lider ölkələri arasında münasibətlərin problemli məqamlarını açıq müzakirə edib.

Bayden vurğulayıb ki, ABŞ Çinlə rəqabətə can atacaq, amma münaqişəyə girməyəcək.

ABŞ prezidenti ölkəsinin Çinlə qlobal iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, qlobal iqtisadiyyat və səhiyyə sahələrində əməkdaşlığa hazır olduğunu deyib.

Bu da qeyd olunur ki, Bayden görüş zamanı Sintzyanda, Tibet və Honq Konqda insan haqlarına ehtiram göstərilməsinə çağırıb.

Uşaqlara Makronu ələ salan mahnı oxutdurmaq... Qanunlar nə deyir?
Gözlə

No media source currently available

0:00 0:06:37 0:00

O deyib ki, ABŞ Tayvan məsələsində status quo-nun hər hansı bir tərəfdən dəyişməsini istəmir.

Məlumatda bu da deyilir ki, ABŞ dövlət katibi Entoni Blinken Çinə səfər edəcək.

Si Tsinpin bu görüşdən əvvəl demişdi ki, iki ölkə ikitərəfli münasibətlərin “düzgün kursunu” müəyyən etməlidir, çünki bütün dünya da bunu gözləyir.

Yeni dəhliz ilk erməni kəndində böyük mübahisəyə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

“Açıq və səmimi”

Bayden görüşdən sonra keçirilən mətbuat konfransında Si ilə danışıqları “açıq və səmimi” adlandırıb.

O qeyd edib ki, tərəflər mövzuların geniş spektri üzrə müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Bayden bunu da deyib ki, Çinin Tayvana müdaxiləyə hazırlaşmasının əlamətlərini hiss etməyib.

O bildirib ki, dünya yeni bir Soyuq müharibədən çəkinməlidir.

Bu, Bayden prezident olandan bəri iki lider arasında ilk üzbəüz görüş idi.

Bu görüş “Böyük iyirmilərin” (G20) illik ənənəvi sammitindən əvvəl keçirilib.

Rusiyanı bu sammitdə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

Qərb ölkələrinin nümayəndələri bildiriblər ki, Lavrovla birbaşa təmaslardan çəkinəcəklər.

Britaniyanın baş naziri Rişi Sunak sammit ərəfəsində demişdi ki, Rusiya Ukraynaya müdaxilə ilə “səfil” ölkəyə çevrilib.

XS
SM
MD
LG