Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:51

Sorğu: Amerikalıların çoxu Ukraynaya yardımı dəstəkləyir


Prezident Co Bayden Lockheed Martin silah zavodunda (Arxiv fotosu)
Prezident Co Bayden Lockheed Martin silah zavodunda (Arxiv fotosu)

Rəyi soruşulan amerikalıların 73 faizi bu qənaətdədir ki, ABŞ Rusiyanın nüvə hədələrinə baxmayaraq Ukraynaya yardımları davam etdirməlidir

Amerikalıların dörddə üçü Ukraynaya silah təchizatı, Ukrayna hərbçilərinin təlimi və hərbi yardımın başqa formaları da daxil köməyi dəstəkləyir.

Reuters və Ipsos şirkətinin apardığı sorğu belə bir nəticə verib.

Rəyi soruşulan amerikalıların 73 faizi bu qənaətdədir ki, ABŞ Rusiyanın nüvə hədələrinə baxmayaraq Ukraynaya yardımları davam etdirməlidir.

Sorğu göstərib ki, Kiyevin silahla təchiz olunmasına tərəfdarların sayı artaraq 66 faizə çatıb.

Sorğudan bu da məlum olub ki, amerikalıların əksəriyyəti Rusiya ilə nüvə münaqişəsinin potensial təhlükəsini anlayır.

Respondetlərin 58 faizi bundan ehtiyat edir, 65 faizi isə hesab edir ki, Ukraynaya Rusiya ərazisini vura bilən silahlar verilərsə müharibə eskalasiya edə bilər.

ABŞ-ın neytrallığını istəyənlərin sayı azalıb

Bununla belə getdikcə daha çox amerikalı belə bir fikirlə razılaşmır ki, Ukrayna probleminin ABŞ-a heç bir aiddiyyəti yoxdur və ya Birləşmiş Ştatlar bu münaqişədən kənarda qalmalıdır.

Neytrallıq tərəfdarlarının sayı 40 faizdən 35 faizə düşüb.

Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan bəri ABŞ-ın Ukraynaya hərbi yardımı ümumilikdə 17 milyard dollar təşkil edib.

Prezident Co Baydenin administrasiyası az qala hər həftə Ukraynaya yardımın yeni paketini elan edir.

Bu yardımlara Ukraynanın silah-sursatla təchizatı da daxildir. Ukrayna bu silahların köməyi ilə müharibənin gedişini öz xeyrinə dəyişə biib.

Konqresə aralıq seçkiləri ərəfəsində Ukraynaya dəstək Co Baydenin siyasi proqramının bir hissəsinə çevrilib.

Rəyi soruşulanların 68 faizi bildirib ki, Ukraynaya hərbi yardımın davam etdirilməsinə tərəfdar olan namizədlərə səs verəcək.

Ermənistan qaçqınları: 'Prezident desə, qayıdarıq'
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

XS
SM
MD
LG