Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:49

'Güzəştli mənzillər' neçəyə olacaq?


ASAN xidməti.
ASAN xidməti.

Martın 10-dan başlayaraq Bakı şəhərində yerləşən 1; 3 və 5 saylı, eləcə də Sumqayıtdakı «ASAN xidmət» mərkəzləri güzəştli mənzil almaq hüququ olan şəxslərin kateqoriyaları, “Güzəştli mənzil” elektron sistemi və mövzu ilə bağlı digər suallara cavab verəcəklər.

Xidmət mərkəzlərinə getmək heç də vacib deyil. «ASAN xidmət»in Çağrı mərkəzinə (№ 108) ev telefonundan ödənişsiz zəng edərək, sosial mənzil almağın yollarını öyrənmək mümkün olacaq.

Sistemin qurulması «R.İ.S.K.»likdir

«Güzəştli mənzil» elektron sistemi mayın 1-də işə düşəcək.

Buna da bax:​ Sosial yaşayış binalarından xəbər var...

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki «MİDA» MMC yeni elektron sistemin qurulmasını «R.İ.S.K. Elmi İstehsalat Şirkəti» QSC-yə tapşırıb. Proqram təminatının yazılması və sistemin işlək hala gətirilməsi 259,7 min manata başa gələcək.

«Güzəştli mənzil» sistemi müraciətlərin elektron qəbulunu, imtiyazları olan vətəndaşların mənzil seçimini rahatlaşdırmağı, eləcə də bu prosesdə insan amilinin rolunu azaltmağa xidmət edir.

Əvvəlcə elektron kabinet, sonra gerçək mənzil

«MİDA» MMC-də deyirlər ki, bu sistem ikipilləli olacaq. Əvvəlcə müraciət qeydə alınacaq, vətəndaşın güzəştli kateqoriyaya aid olduğu təsdiqlənərsə, ona şəxsi «elektron kabinet» yaradılacaq. İkinci mərhələdə isə vətəndaş «kabineti» vasitəsilə satışa çıxarılan mənzillərə dair məlumat ala, mənzillərin interyeri ilə virtual tanış ola və onların arasından seçim edə biləcək.

Buna da bax: 'Belə çıxır, MİDA da bu işdən pul qazanmaq niyyətindədir'

Mayın 1-dən «MİDA» MMC-nin nümayəndələri «ASAN xidmət» mərkəzlərində vətəndaşlara şəxsi elektron kabinetin yaradılmasına kömək edəcəklər.

Güzəştli mənzil almaq hüququ, əsasən, gənc ailələrə verilib. Bunlar Milli Qəhrəmanın və şəhid ailəsinin üzvü olan gənc ailələr, gənc məcburi köçkün ailələri, dövlət qulluqçuları, xüsusi rütbəsi olan polis əməkdaşları, ümumtəhsil məktəbinin müəllimləri və s. kateqoriyadan olan şəxslərdir.

Sosial mənzil neçəyədir?

Mənzillərin satış qiymətləri, hələlik, açıqlanmır. Aylıq ödənişlərin məbləğini Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbəri Samir Nuriyev hələ ötən ilin noyabrında səsləndirib: «Biz çalışacağıq ki, aylıq ödənişlər orta icarə haqqından yüksək olmasın. Birotaqlı evlər üçün qiymət 130-140; üçotaqlılar üçünsə 300-350 manatdan yuxarı olmasın».

Buna da bax:​ Güzəştli ipoteka faydalı olacaqmı?

S. Nuriyev güzəştli ipoteka sisteminin 3 ildən 30 ilədək müddəti əhatə edəcəyini də söyləmişdi.

XS
SM
MD
LG