Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:30

'Hökumətlə çəkişmə növbəsi bizə çatdı'


Bakının 'Suriya'sı
Gözlə
Embed

No media source currently available

0:00 0:02:40 0:00

Bakının 'Suriya'sı

«Səhər yuxudan ayılanda gördük ki, qapılarımıza bildirişlər yapışdırılıb».

Yasamal rayonu, Çingiz Mustafayev küçəsindəki 43 saylı binanın sakinlərini təşvişə salan bildiriş söküntü ilə bağlıdır.

«3-OTAQLI MƏNZİL 300 MİNƏ BAŞA GƏLİB»

«Sovetski» ərazisinə düşən bu küçənin bir hissəsindəki evlər və tarixi bina 2016-cı ildə sökülüb. Söküntü ərazisini genişləndirən hökumət 43-cü binaya çatıb. Bina bu yaxınlarda inşa olunub və çoxmərtəbəlidir. Sakinlərə bildirilib ki, bina yol çəkilişi planına düşüb. Bina sakini Səkinə Abdullayeva: «3-otaqlı mənzil bizə 300 min manata başa gəlib. Bura şəhərin mərkəzidir. Bilmirəm, indi necə hesablayacaqlar bunlar... Bildirişdə yazılıb ki, evlərimizdə təmir işləri aparmayaq. Yəni əziyyət çəkmə, onsuz da gəlib dağıdacağıq... Necə də arxayındırlar ki, sahibinin razılığı olsa da, olmasa da, evi söküləcək. Hələ hədələyirlər ki, işığı, qazı, suyu da kəsəcəklər. Bəs bizim mülkiyyət hüquqlarımız? O boyda Konstitusiyanı niyə yazıblar? Əgər istədikləri vaxt bir mülkün sahibinin qulağından tutub çölə atırlarsa, o zaman prezidentin əl qoyub and içdiyi o Konstitusiya vətəndaşlardan ötrü Məlikməmməd nağılıdır».

Buna da bax-'Sovetski'də içərisi mal dolu dükanın qapısını hörüblər [video]

Bina sakini Telman Sadıqov deyir, onlara hələ mənzillərinə görə ödəniləcək kompensasiya barədə söz deyilməyib. Fevralın 13-də binanın bir qrup sakini Yasamal rayon İcra Hakimiyyətinin qarşısına gedib.

TƏMİR XƏRCLƏRİ ÖDƏNİLMƏYƏCƏK

Sakinlərə gələn bildirişlərdə qeyd olunur ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Çingiz Mustafayev, 43 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının dövlət ehtiyacları üçün alınması nəzərdə tutulub. Sakinlərə xəbərdarlıq olunub ki, sökülməsi nəzərdə tutulan bu binadakı mənzillərdə hər hansı təmir işləri aparılmasın, xərci ödənilməyəcək.

Buna da bax-'Qar başlayan kimi işıq kabelini kəsib apardılar'

Bildirişdə yazılana görə, Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar bu bina yeni yol infrastrukturunun tikintisi üçün alınır: «Kompensasiya ilə bağlı iddiaların qiymətləndirilməsi və daşınmaz əmlaka sahibliyin əldə edilməsinə hazırlıq məqsədilə... bu bildirişin sizə təqdim olunduğu vaxtdan 48 saat sonra «Daşınmaz əmlakın alınması qrupu» daşınmaz əmlaka daxil olmaq hüququna malikdir».

AzadlıqRadiosunun müxbiri Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, başçı və müavinləri ərazidədir. Əgər qeyd olunan bina yol layihəsinə düşübsə, köçürmə məsələləriylə məşğul olan Köçürmə Komissiyasının üzvləri sakinlərlə görüşəcəklər.

XS
SM
MD
LG