Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:27

Uyuşmazlıq: Bahalanmaya dair rəsmi rəqəmlər və cibdən çıxan pullar


►“Bir il əvvəl 100 qramlıq çay 1 manata idi, indi üstünə 40 qəpik gəlib”

Dövlət Statistika Komitəsi (DSK) yanvar ayında istehlak bazarında bir il əvvəlki eyni dövrlə müqayisədə qiymətlərin orta hesabla 13,6 faiz artdığını açıqlayıb.

Kiçik rəqəm deyil, amma ekspertlər manatın dollara nisbətdə alıcılıq qabiliyyətinin 2 dəfə azaldığını əsas gətirərək, hökumətin qiymətlərə dair hesabatı bilərəkdən aşağı göstərdiyini deyirlər.

Rəsmi məlumata görə, ərzaq məhsulları yanvarda bir il əvvələ nisbətən 18,3 faiz, qeyri-ərzaq məhsulları 17,2 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,6 faiz bahalaşıb.

“Paxlavanı 7 manata alırdım, indi kilosunu 10 manatdan ucuz tapmazsan”

“Bir il əvvəl 100 qramlıq çay 1 manata idi. İndi üstünə 40 qəpik gəlib. Paxlavanın kilosunu 10 manatdan ucuz tapmazsan. Halbuki 2015-in yanvarında ən bahalı paxlavanı 7 manata alardım. Kərə yağı, azı, 60 faiz bahalaşıb. Mən hələ quru meyvələri demirəm. Qiymətlər 2 dəfə artıb, yaxın düşmək olmur”.

Bakıda ərzaq dükanlarının birindən çıxan illərin ev xanımı 50 yaşlı Mənzurə belə deyir.

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

AzadlıqRadiosunun rəyini öyrənməyə çalışdığı başqa sakinlər də qiymətlərin artıb-azalmasına dair rəsmi məlumatlara etibar etmir, bahalaşma dərəcəsini cibləri ilə hesablayırlar.

“Azersun” və “Veysəloğlu” qymətləri 20-30 faiz artırıb

Maraqlıdır ki, həm birinci (21 fevral 2015-ci il), həm də ikinci (21 dekabr) devalvasiyadan sonra bir çox istehsalçı və idxalçı şirkət rəsmi bəyanatla çıxış edib, qiymətləri dolların yeni məzənnəsinə uyğunlaşdırmağa məcbur qaldığını açıqladı. Hər devalvasiyanın ardından baxışlar “Azersun” və “Veysəloğlu” kimi iri istehsalçı və idxalçı şirkətlərə yönəlib və onlar da qiymətləri artırdıqlarını elan ediblər. Təkcə dekabr devalvasiyasından sonra bu iki şirkət qiymətləri 20-30 faiz artırıb.

Qızıl bir ayda 30-50 faiz bahalanıb
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

“Dekabrla müqayisədə qiymət artımı ikirəqəmli olmalı idi...”

“İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Qalib Toğrul AzadlıqRadiosuna inflyasiyaya dair açıqlanmış son məlumatları inandırıcı saymadığını bildirir:

“Uzağa getməyək, elə yanvarda dekabrla müqayisədə qiymət artımı ikirəqəmli olmalı idi. DSK isə orta hesabla 5,8 faizlik inflyasiya olduğunu elan edib. İnsanlar bu rəqəmlərəmi inansın, yoxsa piştaxtadakı malların qiymətinə?”.

Həmin dövrdə rəsmi statistika orqanı...

İqtisadi Tədqiqatlar Mərkəzi 2008-2012-ci illərdə USAİD-nin maliyyə dəstəyilə istehlak bazarında qiymətlərin alternativ ölçümünü aparırdı. Bu ölçümlər sayəsində həmin dövrdə rəsmi statistika orqanı inflyasiya göstəricisini reallığa uyğun açıqlayırdı. Məsələn, İTM 2008-ci ildə inflyasiyanın 15,4 faiz olduğunu hesablamışdı. DSK isə ondan da irəli gedərək, inflyasiyanın 20,8 faiz olduğunu bildirmişdi.

İnflyasiya göstəricisi, əsasən, yoxsulluq səviyyəsinin dəqiqləşdirilməsində, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksasiyasında istifadə olunur.

XS
SM
MD
LG