Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:32

Suriya türkmanları: "Raketlər yağış kimi yağır"


Suriya - Rusiyanın Tu-22M3 təyyarəsi Suriyadakı hədəflərə bomba yağdırır. 18 noyabr, 2015
Suriya - Rusiyanın Tu-22M3 təyyarəsi Suriyadakı hədəflərə bomba yağdırır. 18 noyabr, 2015

►“Bizi yerdən əsgərlər, havadan isə təyyarələr vurur.

Öz torpağımda ölmək istəyirəm. Ancaq övladım hara gedirsə, mən də ora getməliyəm”

Rusiya ordusunun havadan və dənizdən dəstəklədiyi Assad qoşunlarının Bayırbucaq Türkman bölgələrinə hücumları davam edir.

Minlərlə türkman Türkiyə sərhədinə yaxın təhlükəsiz bölgələrə çatmağa çalışır.

Fasiləsiz döyüşlər

Assad və Putin
Assad və Putin

Assad qüvvələrinin və Rusiya qoşunlarınn fasiləsiz hücumlarına məruz qalan Bayırbucaqdakı türkmanlar evlərindən çıxıb Türkiyə sərhədinə yaxın meşəlikdə çadırlar qurub. Türkman Dağında Suriya ordusu ilə türkman birlikləri arasında döyüşlərsə davam edir.

Türkman Dağı yaxınlığındakı kəndini tərk edən Um Muhammed deyir ki, havadan və qurudan hücumlara məruz qalırlar:

“Bizi yerdən əsgərlər, havadan isə təyyarələr vurur. Öz torpağımda ölmək istəyirəm. Ancaq övladım hara gedirsə, mən də ora getməliyəm”.

Xəlil Ömərin sözlərinə görə, kənddə raket hücumlarından göz aça bilmirmişlər:

“Raketlər üstümüzə yağış kimi yağırdı. Ailəmlə çadıra sığınmışıq. Türklər sağ olsun, bizə çadır göndərirlər”.

Buna da bax: Bakıda çoxmərtəbəli bina yanır

“Silahımız olsa, axıra qədər vuruşarıq”

Özünü çadır-kəndə çatdıra bilən Münir Müslüm isə söyləyir ki, Rusiya təyyarələri iki gün əvvəl böyük hücuma keçibmiş:

“Qadınları, uşaqları bura gətirdik. Burda da qonşulara yük olmuşuq. Yerimiz, yurdumuz yoxdur. Qabağı qışdır. Yağış yağır, hava da soyuq. Ərzağımız, silahımız da yoxdur. Əgər o başımıza bomba yağdıran təyyarələrə və yerdəki əsgərlərə qarşı silahımız olsa, bu əzabı çəkmərik. Kömək istəyirik. Evimizi, mal-qaramızı, hər şeyimizi qoyub gəlmişik”.

Türkmanlar deyirlər ki, hazırda Suriya qoşunları ilə türkman birlikləri arasında döyüşlər bölgənin iki strateji nöqtəsində - Qızıldağ və Burc el-Kasab ətrafında gedir. Suriya qoşunları dayanmadan türkman kəndlərini top atəşinə tutur.

Türkiyə sərhədinə gələn türkman kişilərin çoxu isə qadınları və uşaqları çadırlara yerləşdirdikdən sonra döyüşmək üçün kəndlərinə qayıdır.

Türk birliklərindən birinin komandir köməkçisi Alparslan Çelik bildirib ki, Türkman Dağı uğrunda son ana qədər vuruşacaqlar:

“Türkman Dağı türklərin ana yurdudur. O, yurd uğrunda axıra qədər döyüşəcəyik”.

(Türkman mahnısı)

XS
SM
MD
LG