Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:26

Qazaxıstanda da tacik miqrantların işi çətinləşib


Özbəkistan və Taciksitandan olan miqrantlar Qazaxıstan sərhədində (Arxiv fotosu)
Özbəkistan və Taciksitandan olan miqrantlar Qazaxıstan sərhədində (Arxiv fotosu)

Qazaxıstanda da Rusiyanın ardınca Mərkəzi Asiyadan, xüsusilə də Tacikistandan gələn miqrantların yoxlanışlarını sərtləşdiriblər.

Bunu AzadlıqRadiosunun Tacik xidməti – Ozodi yazır.

Tacikistan miqrantları Ozodiyə bildiriblər ki, yerli polis Mərkəzi Asiya ölkələrindən gələn miqrantların yoxlanışlarını keçirir.

Onların sözlərinə görə yoxlamalar nəticəsində bir çox miqrantlar ya saxlanır, ya da ölkələrinə deportasiya edilirlər.

Miqrantlardan biri deyib ki, bəzən hətta müvəqqəti oturum haqqı olanları da deportasiya edirlər.

DİN tövsiyə edir ki...

Mayın 7-də Tacikistan Daxili İşlər Nazirliyi Qazaxıstana gedən ölkə vətəndaşlarına malik olduqları bütün icazə sənələrini özləri ilə götürmələrini tövsiyə edib.

DİN bildirib ki, bu, Qazaxıstan hökumətinin ölkənin hava limanlarında tətbiq etdiyi yeni və sərtləşdirilmiş qaydalarla bağlıdır.

Bundan əvvəl Qazaxıstan polisi Ulıtau vilayətində işləyən 16 miqrantın deportasiya olunduğunu xəbər vermişdi.

Onlardan 9-u Tacikistanın, 7-si isə Özbəkistanın vətəndaşları idi.

Qazaxıstan polisinin məlumatında deyilir ki, bu miqrantların Satpayev şəhərində qanunsuz işlədikləri aşkar edilib.

Nyu-Yorkdakı azərbaycanlı sahibkar: 'Dövlət şərait yaradır ki, biznes inkişaf etsin'
Gözlə

No media source currently available

0:00 0:11:18 0:00

Təkcə Rusiya deyil

Bu ilin aprelində Tacikistan XİN ölkə vətəndaşlarına Rusiyaya səfərlərdən çəkinməyi tövsiyə etmişdi.

Məlumatda bu barədə açıq yazılmasa da, insan haqları müdafiəçiləri deyirlər ki, bu tövsiyənin verilməsinə səbəb Tacikistan vətəndaşlarının Rusiyada incidilməsidir.

Moskvadakı Crocus City Hall konsert zalına terror hücumundan sonra taciklər Rusiyada ksenofobiya dalğası ilə üzləşiblər.

Bu iş üzrə həbs olunmuş şübhəlilərin əksəriyyəti tacikistanlıdır.

Bu da qeyd olunur ki, Rusiya taciklərin ölkəyə daxil olmasını qadağan edən yeganə ölkə deyil. Tacikistan vətəndaşları mart ayının sonlarından bəri Gürcüstanda da bənzər problemlərlə üzləşirlər.

Bundan başqa aprel ayından Türkiyə Tacikistan vətəndaşları üçün vizasız gediş-gəliş rejimini ləğv edib.

XS
SM
MD
LG