Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:38

Türkmənistanda abort edən həkimlərə xəbərdarlıq olunub


İllüstrativ foto
İllüstrativ foto

AzadlıqRadiosunun Türkmən xidməti – Azatlık xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları abort edən həkimlərə diplomlarından məhrum ediləcəklərinə dair xəbərdarlıq edib.

Aşqabaddakı səhiyyə müəssisələrindən birinin nümayəndəsi Azatlık radiosuna deyib ki, həkimlər bu xəbərdarlıqdan sonra abort elətdirmək istəyənləri ya qəbul etmir və ya “dərhal qapıdan qovurlar”.

Türkmənistan qanunları hamiləliyin ilk beş həftəsi ərzində abortlara icazə verir. Lakin son vaxtlar həkimlər hətta bu müddətdə müraciət edən pasientləri də qəbul etmirlər.

Sözü gedən xəbərdarlıq rəsmi səviyyədə şərh olunmur. Jurnalistlərin bu barədə söhbət etdikləri həkimlər xəbərdarlığı yeniyetmə qızların arasında hamiləliyin artması ilə izah edirlər.

Aşqabaddan olan bir həkim AzadlıqRadiosuna deyib:

"Hakimiyyətin bu tədbiri bəlkə də abortların sayını azalda bilər, lakin hamilə qızların sayını təsirləndirməyəcək. Əksinə 15-16 yaşında qızlar doğur və çağalarını doğum evində qoyub gedirlər. Belələrinin sayı və deməli yetim uşaqların sayı artmaqda davam edir”.

Qadınların bu sahədə müstəqilliyi yoxdur

Həkimlərin sözlərinə görə abortu xəstəxanalarda edə bilməmək qızların ev şəraitində hamiləliyi dayandıran təhlükəli üsullara əl atması ilə nəticələnir. Bundan başqa məxfi şəkildə abort edən həkimlər var, amma adətən nüfuzlu himayədarları olan belə həkimlər proseduru yalnız tanışlıqla edirlər.

Türkmənistan dünyanın ən qapalı ölkələrindən biri olaraq qalır.

Ölkənin dövlət idarələri qadınlar və gender bərabərliyi ilə bağlı heç bir statistika açıqlamırlar.

Türkmənistanın maarifçi “Sağlık” saytının məlumatına görə ölkədə qadınların 50 faizinin hamiləliyin qarşısını alan vasitələrə çıxışı yoxdur.

BMT-nın əhali ilə bağlı fondlarından birinin araşdırmasına görə Türkmənistanda qadınların 60 faizi kontraseptivlər və ya cinsi əlaqəyə razılıq sahəsində müstəqil deyillər.

Məlumata görə Türkmənistanda abortlara münasibət mənfidir və cinsi maarifləndirmə yox dərəcəsindədir.

XS
SM
MD
LG