Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:52

ABŞ Ukraynaya əks-hücumda kömək edir – Qərb mediası


İşğaldan azad edilmiş Balakliya şəhərinin mərkəzində
İşğaldan azad edilmiş Balakliya şəhərinin mərkəzində

Məqalədə deyilir ki, Ukrayna ordusu 2014-cü ildən bəri ABŞ hərbiyyəsindən “qeyri-nizami müharibə” aparmaq təlimi alır

ABŞ Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun hazırlanmasında Kiyevə kəşfiyyat məlumatlarını ötürməklə, habelə Rusiya qüvvələrinin Ukraynanın şərqində irəliləməsinin dayandırlmasını “daim müzakirə etməklə” kömək edib.

Bunu The New York Times qəzeti adları çəkilməyən ABŞ rəsmilərinə istinadən yazıb.

Qəzetin istinad etdiyi mənbələr əks-hücum barədə ABŞ tərəfindən məhz hansı informasiyanın və tövsiyələrin ötürülməsinə dair məlumat verməyiblər.

The New York Times qəzetinin yazdığna görə ABŞ Ukraynada müharibə başlanandan bəri Rusiya ordusunun komanda məntəqələri, sursat anbarları və digər mühüm obyektləri barədə məlumatı Kiyevə təqdim edib.

Ukrayna ordusu Rusiyayla sərhədə çatdı. Daha bir zərbəyə hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

ABŞ ordusunun taktikası

Qəzet yazır ki, Ukrayna ordusunun son əks-həmlə əməliyyatları ABŞ ordusunun xüsusi əməliyyatlarda tətbiq etdiyi standart çaşdırma və yayındırma taktikasını xatırladır.

Məqalədə deyilir ki, Ukrayna ordusu 2014-cü ildən bəri ABŞ hərbiyyəsindən “qeyri-nizami müharibə” aparmaq təlimi alır.

Qəzetin mənbələri bildiriblər ki, hazırkı əks-hücum Ukrayna Silahlı Qüvvələrinin genişmiqyaslı əməliyyatının yalnız başlanğıcı ola bilər.

Bu əməliyyatdan məqsəd Rusiya qüvvələrini cəbhə xəttindən kifayət qədər məsafədə geri oturtmaqdır.

Rusiyanın “izahatı”

Lakin bir sıra ABŞ məmurları Ukraynanın hərbi uğurunun qiymətləndirilməsində ehtiyatlı mövqe tuturlar.

Onların fikrincə Ukrayna ordusunun əks-həmləsi dayana bilər, çünki onun silah-sursat sarıdan, xüsusilə də artilleriya mərmiləri sarısından çatışmazlığı var.

Ukraynanın Rusiya qüvvələri üzərinə hücumu sentyabrın 6-da başlanıb.

Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnının sözlərinə görə Ukrayna ordusu bu müddət ərzində 3 min kvadrat kilometrədək ərazini işğaldan azad edib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə ötən gün ərzində Rusiya qüvvələri daha 20 yaşayış məntəqəsindən geri oturdulub.

Rusiyanın Müdafiə Nazirliyi Rusiya qüvvələrinin geri çəkilməsini “qoşunların yerdəyişməsi” və “Donetsk istiqamətində gücləndirilməsi” kimi izah edir.

XS
SM
MD
LG