Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:37

Reuters: Ukrayna ordusu əks-hücumdadır


Ukrayna qüvvələri
Ukrayna qüvvələri

Ukraynanın Müdafiə Nazirliyi mayın 16-da bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin 227-ci və 127-ci batalyonları Xarkov vilayətində Rusiya sərhədinə çatıb

Ukrayna qoşunlarının Rusiyanın müdaxiləçi qüvvələrini geriyə oturtduğuna dair xəbərlər gəlir.

Reuters agentliyi yazır ki, son günlərdə Ukrayna silahlı qüvvələri Rusiya qoşununu Xarkov ətrafıbda Rusiyanın öz sərhədlərinə doğru sıxışdırıblar.

Ukrayna Daxili İşlər Nazirlyinin müşaviri Vadim Denisenko deyib:

“Ukraynanın əks-hücumunu heç nə dayandıra bilməz. Biz bunun sayəsində Rusiya qüvvələri qrupunun arxasına keçmişik”.

Ukraynanın Müdafiə Nazirliyi mayın 16-da bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin 227-ci və 127-ci batalyonları Xarkov vilayətində Rusiya sərhədinə çatıb.

Xarkovun qubernatoru Oleh Sinehubov deyib ki, sərhəd nişanı bərpa edilib.

"Biz öz həyatlarını riskə qoyaraq Ukraynanı Rusiya müdaxiləçilərindən azad edənlərin hamısına təşəkkürümüzü bilsdiririk”.

Xarkov Rusiyanın Ukraynaya müdaxiləsinin ilk günlərindən ağır bombardmanlara məruz qalıb.

Reuters agentliyi bildirir ki, Ukrayna qoşunlarının Rusiya sərhədinə çatmasına dair xəbərləri hələki müstəqil mənbələrlə yoxlamaq mümkün olmayıb.

Xerson yaxınlığında döyüşlər

Agentlik yazır ki, Xarkov yaxınlığındakı uğurlar Ukraynaya Rusiya qüvvələrinin təchizat xətlərinə birba.a zərbələr endirmək imkanı verib.

Luhansk regionunun qubernatoru Serhiy Gayday deyib ki, bu ərazidə vəziyyət mürəkkəb olaraq qalır.

Rusiya qüvvələri hazırda Severodonetsk şəhərini işğal etməyə çalışır.

Onun sözlərinə görə Ukraynanın 28 şəhər və kəndi ağır bombardman edilir.

Cənub istiqamətində döyüşlər Rusiyanıən işğalında olan Xerson yaxınılığında gedir.

Rusiya Nikolayev şəhərini ağır toplardan atəşə tutur.

Ölkəyə qayıdanlar çoxalıb

Reuters bunu da xəbər verir ki, Ukrayna sərhədçiləri ölkənin şimasl-şərqindəki Sumı rehgionunda Rusiyanın təxribat və kəşfiyyat qrupunu geri oturdub.

Ayrıca olaraq Ukrayna sərhəd qoşunlarının məlumatında deyilir ki, Rusiyanın Çerniqov və Sumı bölgələrini artilleriyadan atəşə tutması əhali üçün təhlükə yaradır, lakin hər iki ərazi Ukrayna qoşunlarını nəzarətindədir.

Ukrayna sərhəd qoşunlarının başqa bir məlumatında deyilir ki, mayın 10-dan ölkəyə qayıdan ukraynalıların sayı ölkədən gedənlərdən çox olub.

NATO-nun baş katibi Yens Stoltenberq mayın 15-də deyib ki, Ukrayna bu müharibədə qalib gələ bilər.

Başqa müharibə ekspertləri də bu qənaətdədirlər.

XS
SM
MD
LG