Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:30

ABŞ Ukraynada 10 mindən çox rusiyalı hərbçinin öldürüldüyünü deyir


Viktoriya Nuland
Viktoriya Nuland

Nuland Rusiyanın Ukraynaya təcavüzü dayandırmayınca Qərbin əlavə sanksiyaları ilə üzləşəcəyini deyib

ABŞ Rusiyanın Ukrayna müharibəsində 10 mindən çox hərbçi itirdiyini bildirir. Bunu “Current Time”ın efirində ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland deyib.

“Rusiya tərəf inanılmaz itkilər verir – bizim hesablamalarımıza görə, 10 mindən çox rusiyalı öldürülüb”, – Nuland vurğulayıb.

Rusiyanın Müdafiə Nazirliyi isə martın 25-də 1351 hərbçisinin ölümü barədə məlumat vermişdi.

Ukrayna isə Rusiyanın itkilərini qat-qat çox göstərir, 17 mindən çox itki olduğunu deyir, buraya ölənlər və yaralılar daxildir. NATO hərbi əməliyyatlarda 7 mindən 15 minədək rusiyalı hərbçinin öldürülməsi ehtimalını səsləndirib.

AzadlıqRadiosu bu rəqəmlərin heç birini müstəqil şəkildə dəqiqləşdirə bilməyib.

Mariupol sakini: 'Bəzi insanlar sağ qalmaq üçün it yemi yeyir'
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

“Real atəşkəs olmayınca...”

Yaxın həftələrdə Rusiya ilə Ukrayna arasında sülhün mümkünlüyünə gəlincə, Nuland deyib ki, “ukraynalılar və müttəfiqləri buna çalışırlar”, amma “Rusiya Ukrayna ordusunun necə möhkəm olduğunu hələ sonacan anlamayıb”.

“Real atəşkəs olmayınca ciddi danışıqlar da olmayacaq”, – Nuland müsahibəsində deyib. O, Birləşmiş Ştatların martın 29-da Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqları alqışladığını vurğulayıb.

Nulandın sözlərinə görə, Moskvanın qüvvələrinin mövqeyini dəyişməklə bağlı qərarı “ukraynalıların Kiyev və Çerniqov ətrafında göstərdiyi sərt müqavimətin birbaşa nəticəsidir”.

“Ancaq bilirik ki, bu sadəcə, Rusiya qüvvələrinin mövqe dəyişməsidir, onlar Ukraynanın digər yerlərinə qayıdacaq, Mariupol, Xerson və digər yerləri atəşə tutacaqlar”, – Nuland söyləyib.

Onun sözlərinə görə, münaqişənin danışıqlar yoluyla istənilən həlli Ukraynanın gələcəkdə təkrar aqressiyaya məruz qalmasmasını təmin etməlidir.

“Buna görə də Ukraynanın bu münaqişədə istifadə etməli olduğu təhlükəsizlik dəstəyinə ehtiyacı olacaq, Moskvanın daha bir cəhdinin qarşısını almaq üçün. Ona görə də müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Ukraynaya güclü təhlükəsizlik dəstəyi verməyə davam edəcəyik”, – o vurğulayıb.

Havadan müdafiə sistemləri

Ukrayna Prezidenti Volodimir Zelenskinin havadan müdafiə sistemləri istəməsinə Qərbin mümkün reaksiyasına gəlincə, Nuland detallara varmadan deyib ki, “biz Ukraynaya əhəmiyyətli havadan müdafiə sistemlərini nəzərdən keçirir və bunu artıq təmin edirik”.

O, Rusiyanın Ukraynaya təcavüzü dayandırmayınca Qərbin əlavə sanksiyaları ilə üzləşəcəyini sözlərinə əlavə edib.

“Müharibə davam etdiyi müddətdə müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Rusiya Prezidenti Vladimir Putinə və hökumətinə hər həftə təzyiqi artıracaq, onları müharibə maşını üçün gərəkən puldan məhrum edəcəyik”, – Nuland söyləyib.

Rusiya fevralın 24-də Ukraynaya səbəbsiz hücuma başlayandan sonra Qərbin sərt maliyyə sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG