Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:40

Ukrayna rusiyalı müəllimlərin saxlanması xəbərini təkzib edib


Kiyevdə ilk dərs günü, 1 sentyabr, 2022-ci il
Kiyevdə ilk dərs günü, 1 sentyabr, 2022-ci il

Rusiya Maarif Nazirliyinə yaxın mənbə bildirir ki, Xarkov vilayətində hansısa məsuliyyətə cəlb oluna biləcək rusiyalı müəllimlər olmayıb

Xarkov vilayətinin Ukrayna silahlı qüvvələri tərəfindən azad olunmuş ərazilərində rusiyalı müəllimləri saxlamayıblar.

Bu barədə məlumatı Current Time televiziyasına Ukraynanın baş prokurorluğundan veriblər.

Telekanalın Donetsk və Luqansk vilayət prokurorluğundakı mənbələri də bildiririblər ki, rusiyalı müəllimlər saxlanılmayıblar.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Ukrayna məktəblərində dərs deməyə gedən rusiyalı müəllimlər saxlanıb. Onlar müharibə qanunları və qaydalarının pozulması maddəsi ilə mühakimə olunacaqlar. Bunu “Strana.ua” nəşrinə Ukraynanın Baş nazir müavini İrina Vereşçuk deyib. Müəllimlərin adları, onların konkret hansı yaşayış məntəqələrində saxlandığı açıqlanmır.

“24 kanal” Kupyanskda rusiyalı müəllimlərin aşkarlanması haqda xəbəri sentyabrın 10-da kəşfiyyatda mənbəyə istinadla yayıb. Mənbə müəllimlərin şəhərdə sadəcə, unudulduğunu iddia edib.

“Kommersant” qəzetinin Rusiya Maarif Nazirliyinə yaxın mənbəsi isə əmin edib ki, Xarkov vilayətində hansısa məsuliyyətə cəlb oluna biləcək rusiyalı müəllimlər olmayıb.

Ukrayna baş nazir müavininin məlumatına görə, rusiyalı müəllimlər hərbi əsir hesab olunmayacaqlar, çünki onlar hərbi əməliyyatların birbaşa iştirakçıları sayılmırlar.

Ukraynalı müəllimlərə çağırış

Rusiyanın təhsil proqramı üzrə dərs deməyə razılaşan ukraynalıları müəllimlər də kollaborasionizm (düşmənlə əməkdaşlıq) maddəsi ilə mühakimə olunacaqlar, Vereşçuk belə deyib.

O, işğal olunmuş ərazilərdəki pedaqoqları evakuasiya olunmağa, rusiyalı hərbçilərlə əməkdaşlıq etməməyə çağırıb.

Avqustun ortasında Rusiyanın Maarif Nazirliyi Ukraynanın işğal olunmuş ərazilərijndəki məktəblərdə Rusiyanın təhsil proqramlarına keçid olunduğunu açıqlayıb. Rusiya hakim orqanları bu keçidin beş ilədək çəkə biləcəyini bildirib.

İyunda isə Novosibirsk vilayətinin təhsil nazirliyi bu vilayətdən müəllimlərin Ukraynanın işğal olunmuş ərazilərinə göndəriləcəyini açıqladı. Daha öncə Novosibirsk Pedaqoji Universitetinin tələbələrinə və məktəb müəllimlərinə “yeni dərs ilinə hazırlığı təmin etmək üçün” Ukraynanın Xerson və Zaporojye vilayətlərinə ezamiyyət təklif olunub.

XS
SM
MD
LG