Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:45

ABŞ hökumət ekspertləri üçüncü dozadan geniş istifadəyə qarşıdırlar


FDA nəzdindəki məşvərətçi ekspert palatası 16 yaşından yuxarı hamıya üçüncü dozanın vurulması təklifini 16-2 səs nisbətində rədd edib

ABŞ Qida və Dərman Administrasiyasının (FDA) nəzdində məşvərətçi ekspert palatası bildirib ki, koronavirusa qarşı Pfizer-BioNTech vaksinin gücləndirici üçüncü dozasının – busterin yaşlı amerikalılara və risk qrupunda olanlara vurulmasını məqbul sayır.

Lakin qrup sentyabrın 17-də keçirilən iclasında buster dozadan kütləvi istifadə ideyasını rədd etdiyini bildirib.

Ekspertlər qrupunun tövsiyələri icra üçün icbari olmasa da, sözü gedən qərar prezident Co Baydenin planına zərbə olub.

Bayden az qala bütün amerikalılara üçüncü – gücləndirici dozanın vurulması niyyətini açıqlamışdı.

Adətən sözü gedən ekspertlər palatasının tövsiyələrini qəbul edən FDA rəsmi qərarını gələn həftə elan etməlidir.

Bu qərar mahiyyətcə, qurumun öz ekspertlərinin rəyi ilə ölkə prezidentinin niyyəti arasında seçim olacaq.

Dünya Səhiyyə Təşkilatı Rusiya peyvəndinə icazə vermədi
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Səsvermə

FDA nəzdindəki məşvərətçi ekspert palatası 16 yaşından yuxarı hamıya üçüncü dozanın vurulması təklifini 16-2 səs nisbətində rədd edib.

Ekspertlər üçüncü gücləndirici dozanın təhlükəsizliyinə dair kifayət qədər elmi faktın olmadığını əsas gətiriblər.

Bununla belə ekspertlər Pfizer-BioNTech vaksinin üçüncü gücləndirici dozasından yaşı 65-dən yuxarı olanlar üçün istifadəni məqbul hesab ediblər. Qərarda deyilir ki, üçüncü doza habelə risk qrupuna daxil olanlara vurula bilər.

Palata bu təklifi yekdilliklə qəbul edib.

Yüksək risk qrupu və ya kateqoriyası deyiləndə, xəstələrlə daim təmasda olan həkim və başqa tibb heyəti nəzərdə tutulur.

Qərarda deyilir ki, üçüncü doza ikinci dozadan ən tezi altı ay sonra vurula bilər.

Pfizer şirkəti üçüncü dozanın gərəkliyini müdafiə edir

Son tədqiqatlar vaksin effektivliyinin zamanla zəiflədiyini göstərsə də, Pfizer vaksinin xəstəliyin ağır simptomlarına və ölümə qarşı kifayət qədər effektiv olması məlumdur.

Pfizer şirkəti israr edir ki, üçüncü gücləndirici doza vaksininin effektivliyi hələ azalmadan vurulmalıdır.

Şirkət öz təcrübələrinə əsasən bildirir ki, ikinci dozadan sonra effektivlik hər iki ayda 6 faiz azalır.

Şirkət habelə İsrail və Birləşmiş Ştatların real həyatdan gələn məlumatlarına əsasən Pfizer/BioNTech vaksininin də vaxt keçdikcə zəiflədiyini xatırladır.

İsrail bütün dünyada üçüncü dozanı kütləvi şəkildə tətbiq edən birinci ölkə olub.

XS
SM
MD
LG