Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:33

'Dialoq Platforması' kimə aiddir?


Vətəndaş cəmiyyəti fəalları
Vətəndaş cəmiyyəti fəalları

“Sentyabrın 9-da Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə Açıq Hökumətin təşviqi üzrə yaradılan Dialoq Platforması müstəqil vətəndaş cəmiyyətinin iradəsini əks etdirmir”.

30-dan artıq vətəndaş cəmiyyəti fəalının sentyabrın 21-də yaydığı bəyanatda belə deyilir. Bəyanat ictimaiyyətə, mediayaya, hökumətə və beynəlxalq qurumlara ünvanlanıb.

Buna da bax:​ Hökumət-QHT Dialoqu Platforması yaradılıb

"Hələ, 2016-cı il avqustun 1-də vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanda Açıq Hökumət Platformasının yaradılması təşəbbüsü ilə əlaqədar tərəflərə müraciət ediblər".

Sənəddə qeyd edilir ki, hələ, 2016-cı il avqustun 1-də vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanda Açıq Hökumət Platformasının yaradılması təşəbbüsü ilə əlaqədar tərəflərə müraciət ediblər. Lakin QHT-lərə Dövlət Dəstəyi Şurası sözügedən bəyanatın həmmüəlliflərindən yalnız üçünü Dialoq Platformasının təsis yığıncağına dəvət edib.

“Dialoq Platformasına vətəndaş cəmiyyətindən namizədlərin seçim meyarları aydın deyil. Dialoq Platformasının tərkibindən məlum olur ki, hökumət əsasən özünə sərf edən təşkilatlarla işləmək istəyir. Onun fəaliyyət və idarəetmə mexanizmləri bəlli deyil. Qurumun əsasnamə ilə deyil, ümumi xarakterli reqlament əsasında idarə olunması nəzərdə tutulur”, sənəddə deyilir.

Bəyanat müəllifləri vurğulayırlar ki, Dialoq Platforması müstəqil vətəndaş cəmiyyətinin iradəsini ifadə etmir.

Alternativ Platforma müzakirələrinə başlanacaq

Bəyanat müəllifləri vurğulayırlar ki, Dialoq Platforması müstəqil vətəndaş cəmiyyətinin iradəsini ifadə etmir.

“Təsis edilən yeniqurum hakimiyyətin fəaliyyətinə obyektiv qiymət verə bilməyəcək, Açıq Hökumətin təşviqi üzrə Mlli Fəaliyyət Planının icrasına töhfə verməyəcək”- açıqlamada yazılır.

Buna da bax:​ 'Sivil Toplum' 'Dialoq Platforması'nı hökumətyönlü adlandırdı

Sənəd müəllifləri qeyd ediblər ki, Açıq Hökumət Tərəfdaşlığının prinsip və meyarlarının yayılmasından ötrü fəaliyyətlərini davam etdirəcəklər. Bu məqsədlə müstəqil vətəndaş cəmiyyəti qurumlarının səylərini birləşdirəcək müvafiq koalisiyanın və ya şəbəkənin formalaşdırılmasından ötrü müzakirələrə başlanması nəzərdə tutulur.

Bir müddət öncə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” təsis olunmuşdu.

2016-cı il mayın 4-də Keyptaunda Açıq Hökumət Tərəfdaşlığı rəhbər komitəsinin iclasında vətəndaş cəmiyyətinə təzyiqlərlə əlaqədar Azərbaycanın statusu tamhüquqlu üzvdən “qeyri-aktiv ölkə” statusuna endirilib. Azərbaycana vəziyyəti düzəltmək və öz öhdəliklərini yerinə yetirməkdən ötrü bir il vaxt verilib. Bu müddətdə hakimiyyət vətəndaş cəmiyyətinin problemlərinin həlli ilə bağlı addımlar atmalıdır.

“Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” haqda...

Bir müddət öncə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” təsis olunmuşdu.

Buna da bax:​ STP: 'İndi zorun qalib gəldiyi ən çətin dövrdür'

Platformada QHT-lərdən əlavə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Vüsal Hüseynov, ASAN Xidmət, Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi və bəzi nazirliklərin nümayəndələri təmsil olunurlar.

Bir qədər əvvəl isə vətəndaş cəmiyyəti fəallarının, hüquqşünas və jurnalistlərin birləşdiyi Sivil Toplum Platforması da “Dialoq Platforması”nı “hökumətyönlü” adlandırmışdı.

XS
SM
MD
LG