Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:21

“Bankların sayı 20-yə qədər enəcək”


Vüqar Batramov
Vüqar Batramov

►İqtisadçı Vüqar Bayramov monopoliyadan qaçmaq üçün xarici bankların ölkəyə dəvət olunmasını təklif edir

Bir-birinin ardınca ölkədə 4 bank bağlandı, 2 bank isə birləşmə yoluna qədəm qoydu.

Bank of Azerbaijan, Gəncə Bank, NBC Bank və United Credit Bank bağlanan banklardır. Ekspertlər növbədə başqa bankların da olacağını deyirlər.

İqtisadçı Vüqar Bayramov AzadlıqRadiosuna bildirib ki, ərazisi və əhalisi daha böyük olan Qazaxıstanla müqayisədə Azərbaycanda bank sektorunda kifayət qədər bank var:

– 10-na yaxın bankın bağlanacağını gözləyirəm. Son 1 həftədə Mərkəzi Bank 4 bankın lisensiyasını ləğv edib, baş verənlərdə gözlənilməz heç nə yoxdur. Azərbaycanda elə banklar fəaliyyət göstərir ki, 1 ildən çoxdur ən adi öhdəliklərini yerinə yetirə bilmir. Məsələn, vətəndaş maaş kartındakı vəsaiti belə ala bilmir, nəinki depozitlərin geri qaytarılması. Bir neçə bankda depozitlərin qaytarılması, faizlərin verilməsi ilə bağlı problem yaşayır. “Bank of Azerbaijan”la bağlı vəziyyət aydın idi, iki il idi ki, bu bank depozitləri qaytarmırdı, bildirirdi ki, pulu yoxdur. Mərkəzi Bank iki ildən sonra onun lisenziyasını ləğv elədi, halbuki bu qədər gözləməli deyildi. Bu gün bankların dalbadal bağlanması da əhalinin bu sektora inamını, etibarını zədələyir. Bank sektoru həssas sahədir, bir bank öhdəliyini yerinə yetirməyən kimi onun barəsində yaranmış imic digərlərinə də yayılır.

Buna da bax: Maliyyə Nazirliyi Beynəlxalq Banka görə məsuliyyət daşımır?

– Lisenziyası geri alınan banklardakı əmanətlərin 30 min manatlıq hissəsi sığortalıdır, yəqin ki, Əmanətlərin Sığortalanması Fondu bunu ödəyəcək. Bəs kreditlərlə, xüsusilə problemli kreditlərlə bağlı vəziyyət necə olacaq?

– Bank haqqında qanuna müvafiq olaraq, bank bağlanırsa, onun borcları və pulu arasında müqayisə aparılır. Pulu borcundan çoxdursa, bu, borcların bağlanmasına yönəldilir. Borcu çoxdursa, sığorta hadisəsi baş verir. Burda narahatçılıq odur ki, əgər bankın borcu çox olacaqsa, 30 min manatdan artıq və 12 faizdən yuxarı faizlə qoyulan əmanətlərin qaytarılmasında problemlər yaşanacaq. Kreditlərə gəlincə, Mərkəzi Bank bir bank müəyyənləşdirəcək və kreditlər ora ödəniləcək. Problemli kreditlərlə bağlı problemlərin həll ediləcəyini isə güman etmirəm. (Ardı aşağıda)

SOCAR benzini niyə ucuzlaşdırmır?
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

– Bəzi banklar bağlanır, bəziləri birləşir. Belə narahatçılıqlar var ki, bu gedişlə bank sektoru bir qrupun əlində cəmlənəcək və daha da qeyri-sağlam bazar mühiti yaranacaq. Siz bununla bağlı nə düşünürsüz?

– Əslində, bankların birləşməsi labüddür. Düzdür, ölkədə neçə bank olması ilə bağlı ortada bir beynəlxalq standart yoxdur. Ancaq ərazisi və əhalisi Azərbaycandan çox olan Qazaxıstanda 35 bank var və onların da sayının azalması gündəmdədir. Azərbaycanda bankların sayı azaldılmalıdır, ancaq bu, monopoliyaya gətirib çıxarmamalıdır. Bəli, belə narahatçılıqlar var, amma bunun qarşısının alınması üçün imkanlar var. Bankların birləşmə prosesi şəffaf və könüllü olmalıdır, Mərkəzi Bank hansısa banka təzyiq etməməlidir. Birləşmə ilə bağlı konkret kriteriyalar olmalıdır. Bundan başqa, xarici bankları ölkəyə dəvət etməlidir. Bu isə o deməkdir ki, bank sektorunda rəqabətlilik yaranacaq. Hansısa bank inhisarçı mövqe tuta bilməyəcək, çünki ciddi rəqiblə üz-üzə qalxacaq.

– Vüqar bəy, necə düşünürsüz, iri banklar, xüsusilə səhmində dövlətin payı olanlar uzun müddət davam gətirə biləcəklərmi?

– Bizim hesablamalarımıza görə, indiki mərhələdə bankların sayı 35-ə qədər azalacaq, ikinci mərhələdə problemli kreditlər vətəmərküzləşmə səbəbi ilə onların sayı 20-yə enəcək. Dövlətin payı iki bankdadır, Beynəlxalq Bank və AzərTürk bank. Çox güman ki, gələcəkdə bu iki bankın özəlləşdirilməsi gündəmə gələcək, bunu gözləyirəm. Proses belə davam eləsə, vəziyyəti dəyişə biləcək tədbirlər həyata keçirilməsə, ölkədə bankların sayı kəskin azalacaq.

Xarici sərmayəçilər üçün növbəti maneə?
Gözlə

No media source currently available

0:00 0:19:19 0:00

XS
SM
MD
LG