Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:40

"Obama Xədicənin ailəsi ilə görüşməlidir" (VİDEO)


Helsinki Komissiyasında Xədicə İsmayılla bağlı dinləmələr
Gözlə

No media source currently available

0:00 0:48:14 0:00

Helsinki Komissiyasında Xədicə İsmayılla bağlı dinləmələr

►"Leyla Yunusun azadlığa buraxılması onu göstərir ki, İlham Əliyev təzyiqə reaksiya verir."

Dekabrın 16-da ABŞ-ın Helsinki Komissiyasında (Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyası) Azərbaycanda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılla bağlı dinləmələr keçirilib.

"Sərhədsiz Reportyorlar" təşkilatının ABŞ ofisinin rəhbəri Delphine Halgand deyib ki, Azərbaycan məhkəmələrində tragikomediya yaşanır:

"Tragikomediyanın ssenasini isə prezident İlham Əliyev yazır".

Onun fikrincə, ABŞ hökuməti Azərbaycan hakimiyyətinə sanksiyalar və viza qadağaları qoyulmasını nəzərdən keçirməlidi.

Delphine Hagland düşünür ki, prezident İlham Əliyev öz imicindən çox narahatdır, xüsusən də ABŞ-da. Onun fikrincə, ABŞ Azərbaycan rəhbərliyinə kifayət qədər təzyiq etməyib.

Buna da bax: ABŞ-ın Mərkəzi Bankından dünya iqtisadiyyatına təsir edəcək qərar

"Bəs Əliyev kimin sözünə qulaq asır" sualının cavabında o deyib:

"Bilmirəm. Ona indiyəcən yetərincə təzyiq olmayıb deyə bunu demək çətindir. Amma Leyla Yunusun azadlığa buraxılması o deməkdir ki, o, təzyiqə reaksiya verir."

"Amnesty International - ABŞ"dan T. Kumar hesab edir ki, X.İsmayılın mühakiməsinə diqqət artırılmalıdır və ABŞ-ın Azərbaycandakı səfiri məhkəmə proseslərində şəxsən iştirak etməlidir:

"Eləcə də tez-tez siyasi məhbusların ailələrini ziyarət etməlidir".

Bundan başqa o düşünür ki, ABŞ prezidenti də məsələyə diqqətini artırmalıdır, Barack Obama Xədicə İsmayılın ailə üzvləri ilə görüşməlidir.

Buna da bax: Saakashvili ilə Avakovun davası- [Video]

Dinləmələrdə səslənən suallardan biri Xədicənin məhbəs həyatı ilə, sağlıq durumu ilə bağlı olub.

Sual: Xədicənin vəziyyəti necədir?

T.Kumar: Məncə, o, çox güclü qadındır.

Bu sualla bağlı fikrini bildirənlər deyiblər ki, X.İsmayıl jurnalist işini davam etdirməkdə qərarlıdır.

Nenad Pejic,
Nenad Pejic,

Eyni zamanda X.İsmayılın "nəzarət olmadan anası ilə görüşə bilmədiyi" bildirilib.

AzadlıqRadiosunun vitse-prezidenti Nenad Pejic bildirib ki, Xədicə İsmayılın araşdırmaları jurnalist işi olaraq faktlara söykənir və peşəkarlıqla hazırlanıb:

"Xədicə nəyisə səhv yazıbmı? Xeyr, belə fakt yoxdur ki, Xədicənin yazdığı təkzib olunsun."

Müzakirəni aşağıda izləyə bilərsiz:

​Xədicə İsmayıl Cinayət mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.Məlumatda bildirilir ki, bu dinləmələrdə Xədicə İsmayıla qarşı məhkəmə prosesi, eləcə də həm onun azad edilməsi, həm də Bakı Bürosunun açılması üçün ABŞ hökumətinin bütün mümkün imkanlara əl atıb-atmaması araşdırılacaq.

Buna da bax: 2016-cı ilin nəzir qutusu... (Karikatura)

Yurnalist İsmayıl ittihamları rədd edir, həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

«Amnesty International» Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

Azərtbaycan hakimiyyəti isə ölkədə vicdan məhbusu olmadığını deyir.

Helsinki Komissiyası ABŞ-ın dövlət qurumudur. Müstəqil qurumdur. Onu 1975-ci ildə ABŞ Konqresi yaradıb. Amerika Nümayəndələr Palatasının və müxtəlif nazirliklərin nümayəndələrindən formalaşdırılır.

XS
SM
MD
LG