Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:58

Azərbaycanda xəstəxanalarda növbələrin səbəbləri…


Bölgə xəstəxanalarında iş yeri var, həkim yox
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Bölgə xəstəxanalarında iş yeri var, həkim yox

Son vaxtlar Azərbaycan paytaxtı Bakıda dövlət poliklinikalarında uzun növbələrin yaranması ilə bağlı şikayətlər eşidilir. Şikayətlərə görə, belə növbələr İcbari Tibbi Sığorta xətti ilə gələnlər arasında baş verir.

Bakıda yaşayan K.L. AzadlıqRadiosuna bildirib ki, bu yaxınlarda 3 saylı Poliklinikada bir saatdan çox gözləməli olub: "Poliklinikanın qəbul şöbəsində göndərişi yazırlar. İşçı az, xəstə isə çox. Bir göndərişi yazan kimi artıq üç-dörd yeni pasiyent gəlir. Uzun növbələr yaranır. Poliklinikaya isə sağlam adam gəlmir axı, xəstəliyi olan adam üçün ayaqüstü bir saat gözləmək çox çətindir. Sığortasız gələnlərin isə tez keçməsini görmüşük, çünki onlar növbədə dayanmır. Özəl klinikaya getməyə isə hamının pulu yoxdur".

"Ucsuz-bucaqsız növbədə dayanmalı olursan"

O deyib ki, pasiyent eyni gündə iki-üç həkimin yanına gəlibsə, hər həkim üçün ayrıca göndəriş almalı və hər dəfə də növbəyə durmalıdır: "Elə olur ki, səhər saat 10-da poliklinikaya gəlirsən və ancaq saat 3-də oradan çıxırsan. Qəbul şöbəsindən əlavə, həkimin yanında da ucsuz-bucaqsız növbədə dayanmalı olursan. Hərdən heç həkimin qəbuluna düşə bilmirsən, çünki həkimin gündəlik limiti bitir".

'Dövlətin doğum evində 1100 manat xərcim çıxdı'
Gözlə

No media source currently available

0:00 0:04:55 0:00

"Beynəlxalq təcrübə nəzərə alınıb"

Şikayətlə bağlı, hələlik, həmin poliklinikanın rəhbərliyi ilə danışmaq mümkün olmayıb. Amma İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Turan"a bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində pasiyentlərə tibbi xidmət növbəlilik əsasında göstərilir: "Tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq həkim üçün günlük hədd 15-35 pasiyent arasında dəyişir. Bu həddin müəyyən olunması zamanı beynəlxalq təcrübə nəzərə alınıb".

Vurğulanıb ki, bu ilin yanvar-mart aylarında 12 tibb müəssisəsində monitorinqlər aparılıb. Pasiyent axınının effektiv idarə edilməsi üçün müvafiq xəstəxanalarda növbə tənzimləyən sistemin quraşdırılması təklif olunub: "Həmçinin, həkim qəbuluna onlayn qeydiyyatın "e-Tabib" mobil tətbiqi üzərindən aparılması məqsədəuyğun hesab edilib".

Habelə, monitorinqlərdə vətəndaşların ambulator xidmətlər üçün yaşadıqları ərazidən uzaqdakı rayon mərkəzi xəstəxanalarına müraciətləri müşahidə olunub: "Bu kimi hallar, öz növbəsində, mərkəzi xəstəxanaların yüklənməsinə səbəb olur. Qeyd edilən halların obyektiv səbəbi rayon ərazilərində yerləşən ailə sağlamlıq mərkəzlərinin olduqca dar sahədə xidmət göstərməsi ilə əlaqələndirilir".

"Hələ xeyli çalışmalıyıq"

Tibb üzrə elmlər doktoru Adil Qeybulla isə AzadlıqRadiosuna bildirib ki, dünyanın hər yerində icbari tibbi sığorta randevu (əvvəlcədən razılaşdırılmış görüş) sistemi ilə fəaliyyət göstərir: "Bizdə isə o yoxdur. Bizdə insan şəxsiyyət vəsiqəsini götürür, gedir icbari tibbi sığortanın dalınca. Bu da uzun növbələrə səbəb olur".

Təyinatı dəyişdirilən xəstəxanada həkim tapılmır
Gözlə

No media source currently available

0:00 0:05:41 0:00

O hesab edir ki, vətəndaşlar həkim qəbuluna əvvəlcədən yazılmalıdırlar: "Bir həkim gün ərzində 10-15 insan qəbul edir. Axı həkim onları dindirməlidir, onun analizlərinə baxmalıdır, yoxlamalıdır. Bəzən bunun üçün bir pasiyentin bir saat vaxt gedir. Amma elə əvvəldən randevu sistemi bizdə qoyulmadı, hesab etdilər ki, hər kəs şəxsiyyət vəsiqəsini götürüb həkimə gedə bilər. Burada nə vətəndaşın, nə də həkimin təqsiri var. Biz icbari tibbi sığortanı Qərb standartlarına çatdırmaq üçün hələ xeyli çalışmalıyıq".

Xatırlatma

Azərbaycanda "Tibbi sığorta haqqında" Qanun 24 il əvvəl qəbul edilib. Ancaq yalnız 2021-ci ilin aprelindən bütün ölkədə tətbiq edilməyə başlanıb.

İcbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği və dərəcələri "Tibbi sığorta haqqında" Qanuna əsasən müəyyən olunub.

XS
SM
MD
LG