Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:41

Yağışdan sonra paytaxt gölməçələri...


Yağış Bakı küçələrini iflic etdi
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Yağış Bakı küçələrini iflic etdi

Son günlər yağan yağış paytaxt Bakıda bir sıra küçələrdə gölməçələrin yaranmasına səbəb olub.

«Bakının bir sıra yerlərində suların küçələrlə axmasına səbəb bəzi yerlərdə yağış- kanalizasiya kollektorlarının olmamasıdır». Bunu «Turan» agentliyinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, paytaxtda əhalinin sayı sürətlə artır, tikinti sürətlə gedir, bundan da irəli gələrək kanalizasiya kollektorları gərgin vəziyyətdə çalışır.

«Yağış kollektorları kanalizasiya kollektorlarına qoşulanda isə su yenidən yollara qayıdır. Biz mümkün olan yerlərdə yağış-kanalizasiya sistemi yaradaraq həmin kollektorlara qoşuruq»,- mətbuat katibi bildirib.

A.Nəcəflinin sözlərinə görə, kollektorların qoşulması mümkün olmayan yerlərdə yol kənarında xüsusi quyular qazılır, bununla axan sular quyulara yönəldilir, oradan isə nasoslar vasitəsilə ərazidən kənarlaşdırılır.

A.Nəcəflinin qeyd etməsinə görə, bu üsul mümkün olmadıqda, su təbii axınla ərazidən uzaqlaşdırılmağa çalışılır, amma bu, çox zaman alınmır, çünki yol kənarında olan infrastruktur buna imkan vermir.

Bakı yenə su altında qaldı
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

«Vətəndaşın günahı nədir ki,...»

«Agentliyin göstərdiyi səbəblər doğrudur, amma vətəndaşın günahı nədir ki, problemlə üzləşir?». Bunu isə AzadlıqRadiosuna iqtisadçı Natiq Cəfərli bildirib.

İqtisadçının fikrincə, Bakının infrastrukturu maksimum 2.5 milyon nəfər əhaliyə hesablanıb, amma hazırda paytaxt və ona yaxın ərazilərdə az qala 4 milyon nəfərə yaxın əhali yaşayır.

İqtisadçı hesab edir ki, paytaxt və ətrafında əhalinin sıxlığı da regionlarda iqtisadi fürsətin daha az olması ilə bağlıdır: «Deməli, regionların inkişafı doğru aparılmayıb».

N.Cəfərliyə görə, infrastrukturla bağlı məsələlərdə də problemlər var. Onun fikrincə, Bakıda 2000-ci illərdə xaotik tikintilər baş alıb gedib: «Bu çoxmərtəbəli binaların özülləri salınan zaman kanalizasiya və yağış suları axıdan sistemə ciddi ziyan vuruldu. Problemlər yaşandı, yağış suları ilə kanalizasiya suları xətləri o zamana qədər ayrı idi, sonra isə bunların xaotik birləşdirilməsi prosesi baş verdi. Zaman da sübut etdi ki, bu xətlər indiki əhali sayının problemini həll etməyə qadir deyil. Odur ki, yağış yağan kimi küçələrdə subasmalar baş verir».

XS
SM
MD
LG