Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:49

Yasamal sakinləri: 'İlham Əliyev dovşana qaç, tazıya tut deyir'


Arxiv fotosu
Arxiv fotosu

"İri yaşıllıq ərazisini hasara alıblar. Ağacların kəsilməsi üçün ağır texnikalar əraziyə yığılır. İri şam ağaclarını qırıb yerində hündürmərtəbəli yaşayış binası tikməyə hazırlaşırlar".

Bunu AzadlıqRadiosu-na Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsinin sakinləri deyir.

Sakin Həbib Həsənov deyir, ərazidə yerləşən 167 saylı məktəbin yaxınlığındakı yaşıllığın bir neçə gündür ki, hasara alınması sakinləri narahat etməyə başlayıb:

Buna da bax: Yeni əkilmiş ağacların yerində bina tikirlər

"Burda Yasamal rayon Təcili Tibbi Yardım Stansiya yerləşirdi. Ləğv edildi, yerində kafe quruldu. İndi də Abşeron MTK yaşayış binası tikməyə hazırlaşır. 3 ağacı kəsməyə görə 3 nəfəri həbs edən hökumət hektarla yaşıllığı məhv edənlərə səsini çıxarmır. "İlham Əliyev dovşana qaç, tazıya tut" deyir. Bir tərəfdən tapşırıq verir ki, yaşıllığı məhv edənlər cəzalandırılsın, bir tərəfdən bu boyda özbaşınalığa göz yumur".

“YÜZLƏRLƏ AĞACIN QIRILMASI GÖZLƏNİLİR”

Sakinlərin deməsinə görə, Abşeron MTK hasarlanmanın qarşısında üzərində "Burada 5-6 bloklu çoxmərtəbəli bina tikiləcək" yazılmış elan lövhələri də vurub. Səfayə Şirinova:

Buna da bax: Bərdəlilər: 'Ağacları kökündən çıxaranlar deyirlər icazəni şifahi şəkildə alıblar'

"Hasarın içərisində çoxillik küknar ağacları və başqa yaşıl ağaclar qalıb. O ağaclara özümüz qulluq edirdik. Ətrafdakı binaların sakinləri bu yaşıllıqlarda dincəlirdilər. Orda yüzlərlə ağacın qırılması gözlənilir".

Yasamal rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, ərazidə çoxmərtəbəli yaşayış binası tikiləcək: "Özbaşına heç nə baş verməyib. Özəlləşdirilmiş ərazidir. Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verib, bir şirkət orada yaşayış binası tikəcək. Yaşıllıq ərazinin maksimum qorunması barədə şirkətə xəbərdarlıq olunub. İş orasındadır ki, binanın tikiləcəyi yer yaşıllığa düşmür, yaşıllıq binanın kənarında qalacaq. O ağaclar aidiyyəti qurum tərəfindən aktlaşdırılıb və şirkətə təhvil-təslim olunub. Həmin ağacların qırılmasından söhbət gedə bilməz. Gələcəkdə də binanın ərazisinə düşəcək ağaclar qorunacaq".

Buna da bax: Zaqatala meşələrinə kimlər girişib? [fotolar]

XS
SM
MD
LG