Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:37

Azadlıq meydanında mitinq. Qarabağlıların tələbi qayıdışdır...


Yerevanda mitinq. 20 mart 2024
Yerevanda mitinq. 20 mart 2024

Martın 20-də Qarabağdan köç edən bir çox şəxs Ermənistan hökumətinə öz təklif və tələblərini təqdim etmək üçün Yerevanın Azadlıq meydanına toplaşıb. Demələrinə görə, əsas tələb vətənlərinə kollektiv qayıdışdır.

Aksiyaçılar iddia edirlər ki, hökumət Bakı ilə danışıqlarda onların geri qaytarılması məsələsini də qaldırmalıdır.

"Artsaxın (Qarabağ) keçmiş dövlət naziri" kimi təqdim olunan Artak Beqlaryan vurğulayır ki, onlar Dağlıq Qarabağa yalnız yüksək beynəlxalq təminatlar şəraitində qayıtmağa hazırdırlar.

"Mənim fikrim budur ki, istənilən birbaşa Azərbaycan üsul-idarəsi istisna edilməlidir, çünki bu qayda soyqırımı qaydasıdır. Beynəlxalq müdafiənin ən yüksək mexanizmləri olmalıdır, mümkün qədər beynəlxalq təhlükəsizliyə təminatlar olmalıdır. Biz orada suveren dövlətə, həyata rəhbərlik edə bilərik", - Beqlaryan bildirib.

Hüquq müdafiəçisi Qeqam Stepanyan da bunları deyib: "Artsax Milli Assambleyası bir komitə yaradıb ki, o, müxtəlif beynəlxalq aktorlarla qayıdış vizyonunuz üçün gördüyümüz şərtləri müzakirə etməlidir. Hazırda tələblərimizlə ora qayıtmağı real görmürəm, amma eyni zamanda əminəm ki, bizim mövzunu bağlamağa və ya beynəlxalq aktyorlara mövzunu bağlamağa imkan verməyə haqqımız yoxdur".

Onların bir çoxu da beynəlxalq sülhməramlıların iştirakı ilə qayıtmağa hazır olduqlarını vurğulayırlar.

Qarabağlılar sosial problemlərdən də danışırlar. Onlar hələ də hökumətin müzakirə etdiyi köçkün vətəndaşlara mənzillərin verilməsi proqramını qəbuledilməz sayırlar. Layihə hələ inkişaf mərhələsindədir. Lakin rəsmilər artıq icra hakimiyyətinin hər bir köçkün ailə üzvünə mənzil almaq üçün 3 milyon dram (7575 dollar), bəzi fərdi hallarda isə 5 milyon drama (12625 dollar) qədər pul vermək istədiyini söyləyiblər.

Qarabağdan köç edənlərin fikrincə, hər bir ailə üzvünə ən azı 5 milyon dram verilməlidir ki, insanlar, heç olmasa, əyalətlərdə mənzil ala bilsinlər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG