Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:50

YouTube Ukrayna separatçılarının kanallarını bağladı


Buna əlavə olaraq Youtube Ukraynanın rusiyayönlü 1-ci Müstəqil və UkrLive televiziyalarının kanallarını bağlayıb

YouTube Ukraynanın şərqində Kreml tərəfindən dəstəklənən separatçılara məxsus mühüm kanalları bağlayıb.

Separatçılar Ukraynanın Donbas bölgəsində yaratdıqları iki qondarma əraziyə - “Donetsk Xalq Respublikasına” (DXR) və “Luqansk Xalq Respublikasına” (LXR) nəzarət edirlər.

Bu separatçı qurumların başçıları fevralın 4-də bildiriblər ki, YouTube DXR “Xalq Polisi”nin, Luhanskinformcenter xəbər agentliyinin, LXR-in “dövlət teleradio şirkətinin” kanallarını bloklayıb.

Buna əlavə olaraq Youtube Ukraynanın rusiyayönlü 1-ci Müstəqil və UkrLive televiziyalarının kanallarını bağlayıb.

Əlavə şərh verilməyib

Xəbər verilir ki, fevralın 4-də Luhanskinformcenter agentliyinin kanalına giriş yox idi və ekranda görünən mesajda: “YouTube icması qaydalarını pozduğuna görə bağlanıb” deyilirdi.

Texnologiya nəhəngi Google şirkətinin YouTube platforması bu addımı barədə əlavə şərh verməyib.

Bu hadisə Rusiyanın Ukrayna sərhədlərinə yaxın ərazilərə böyük qoşun cəmləşdirdiyi vaxta təsadüf edir.

Donbasın bəzi əraziləri 2014-cü ildə Krım ilhaq edildikdən bəri Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətindədir.

Rusiya separatçılara hərbi, iqtisadi və siyasi dəstək verir.

Bu barədə çox böyük sübutların olmasına baxmayaraq Moskva Donbas münaqişəsində iştirak etdiyini danır.

XS
SM
MD
LG