Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:50

Yoxsulluq səviyyəsi ABŞ-da 11% olanda, Azərbaycanda niyə 5%-dir?


"Çiçəklənən Azərbaycan". Karikatura. Gündüz Ağayev
"Çiçəklənən Azərbaycan". Karikatura. Gündüz Ağayev

“Azərbaycanda 500 min nəfər yoxsul var?”

Bu başlıqlı məqalədə “Exo” qəzeti ölkədə yoxsulluq səviyyəsini ekspert Natiq Cəfərli ilə müzakirə edir.

“Azərbaycanda 1,5 milyon nəfər muzdlu əməkçi var ki, bunun 900 min nəfəri büdcə təşkilatlarında çalışırlar. Azərbaycan əhalisinin isə 5 milyon nəfərindən çoxu əmək qabiliyyətlidir. Belə çıxır ki, təqribən 3,5 milyon nəfər işləmir, amma onların əksəriyyəti qeyri-leqal əmək bazarına cəlb olunublar. Ona görə də, ölkədə əhalinin hansı faizinin yardıma ehtiyacı olması, yoxsulluq həddindən aşağı yaşamasını demək çətindir, amma onların səviyyəsi yarım milyondan dəfələrlə çoxdur”, - Natiq Cəfərli belə deyir.

Buna da bax:​ Prezident: 'Biz işsizliyi və yoxsulluğu 5-6 faizə endirmişik'

Natiq Cəfərli
Natiq Cəfərli

O, bu sahədə rəsmi statistikanın gerçəkliyi əks etdirmədiyi qənaətindədir.

N.Cəfərli bunu deyir ki, ölkədə yaşayış minimumunun hesablandığı indikatorlar çoxdan köhnəlib, odur ki, Statistika Komitəsi də rəsmi göstəriciləri buna uyğun “yonur”: “Ölkədə yaşayış minimumu 2017-ci il üçün 155 manat həcmində müəyyən edilib. Amma bu sahədə rəsmi statistika əhalinin real gəlirləri yox, ancaq nominal gəlirləri haqda göstəricilər verir. Ölkədə ikirəqəmli inflyasiyanı da nəzərə alsaq, bu ərzaq sahəsində 15%, ümumi halda 13% təşkil edir, bu zaman əhalinin real yox, nominal gəlirlərinin artımı mümkün görünür. Azərbaycanda təəssüf ki, bu barədə susurlar, amma dünya bunu həmişə nəzərə alır”.

İqtisadçı ekspertin sözlərinə görə, reallıqda yoxsulluq səviyyəsi Azərbaycanda 5% deyil, bu hədd ABŞ və Almaniya kimi inkişaf etmiş dövlətlərdə 11% və 9% təşkil edir.

Buna da bax:​ Azərbaycanda nə qədər yoxsul var?

N.Cəfərli vurğulayır ki, Avropanın ən kasıb ölkəsi olan Bolqarıstanda ərzaq və bəzi xidmətlərin qiymətləri Azərbaycanla müqayisədə iki dəfə aşağıdır, amma orada yaşayış minimumu 196 avrodur (380 manat).

Ekspertin fikrincə, Azərbaycanda yaşayış minimumu ən azı 250-300 manat müəyyən edilməlidir.

Artan xarici borc və çıxış yolu

Novoye Vremya” qəzetisə “Xarici borc artırsa, nə etməli?” sualına cavab axtarır.

Buna da bax:​ Adambaşına 713 dollar xarici borc düşür

"Adambaşına düşən xarici borc". Karikatura. Gündüz Ağayev.
"Adambaşına düşən xarici borc". Karikatura. Gündüz Ağayev.

Müəllif yazır ki, iri biznesin kredit əməliyyatları olmadan keçinməsi mümkün deyil, amma indiki zamanda yalnız ciddi zərurət yarandıqda beynəlxalq qurumlardan kredit götürmək olar: “Gəlirləri hesabına dövlət büdcəsi formalaşan, infrastruktur və sosial layihələr reallaşdırılan təşkilatların üzərinə daha böyük məsuliyyət düşür və bu mənada Dövlət Neft Şirkəti xüsusi qeyd olunmalıdır”.

Daha sonra müəllif şirkətin təkcə bu il 1,378 milyard manat kredit götürdüyünü bildirir və bu kreditlərin dövlətin maliyyə çətinlikləri yaşadığı bir zamanda götürüldüyü, şirkətin depozit portfelinin 1,3 milyard manat azaldığı qeyd edilir.

Məqalədə diqqətçəkən daha bir məqam bu kreditlərin şirkətin gəlirlərinin artması fonunda götürülməsidir, məsələn, 2016-cı ildə Dövlət Neft Şirkətinin gəlirləri 2015-ci il ilə müqayisədə 57% çox olub.

Buna da bax: Büdcə xərcləri 6, gəlirləri 3 faiz artırılır

Müəllif ekspertlərə istinadən deyir ki, dövlətin birbaşa götürdüyü xarici kreditlər 11,5 milyard dollardır, şirkətlərin götürdüyü və dövlət nəzarətinə alınan kreditlərlə birgə bu 25 milyard dollara yaxındır: “Fakt budur ki, Azərbaycanın xarici borcu artır və Statistika Komitəsi də bunu etiraf edir. Dövlət Neft Şirkətinin 1,4 milyard dollar xarici borcu yeganə kredit deyil, neftin ucuzlaşdıqdan sonra sahəni dəstəkləmək üçün başqa yol qalmayıb. Burada problem nə qədər kredit götürülməsi yox, bunun necə ödəniləcəyi, iqtisadiyyata və əhalinin sosial durumuna necə təsir edəcəyidir”.

Müəllifin qənaətincə, belə ağır xarici borc altında qeyri-neft sektorunu böhrandan çıxarmaq çətin olacaq və bu kreditlərə rəsmi nəzarət artırılmalıdır.

Buna da bax:​ ABB defolta gedərkən 900 milyon dollar da borclanıb

Əlverişli biznes mühiti - makroiqtisadi sabitlik

Azərbaycan” qəzeti “Əlverişli biznes mühiti makroiqtisadi sabitliyin əsas şərtidir” başlıqlı məqalədə Azərbaycanın bu sahədəki uğurlarından danışır.

Müəllif deyir ki, şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatın əsasını sabit əlverişli makroiqtisadi mühit təşkil edir və bu mənada Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan adı dünyanın 10 ən sabit makroiqtisadi mühitə malik ölkələr sırasındadır.

Arxiv fotosu
Arxiv fotosu

Yazıda bu mövqeyin qorunub-saxlanması üçün gələcəkdə də çoxsaylı iqtisadi islahatların həyata keçirilməsinin vacib olduğu deyilir: “Bu islahatlar ən azı yaxın gələcək üçün ölkəmizdə daha çox şaxələndirilmiş gəlir strukturunun yaradılmasına, daha doğrusu, birbaşa qeyri-neft sektorunun inkişafına xidmət edir”.

Buna da bax:​ Azərbaycan biznes qurmağa görə axırdan 2-ci yerdədir

Müəllif yada salır ki, yaxın illərdə Dövlət Neft Fondundan (ARDNF) transferlər üçün “qızıl qayda”nın tətbiqinə başlanacaq və bu qaydadan istifadə iqtisadiyyata neftin qiymətindəki dəyişiklikləri zərərsizləşdirməyə, Fondun ehtiyat toplamasına, dövlət borcunun aşağı səviyyədə saxlanılmasına, dövlət xərclərinin qeyr-neft sektorunun gəlirləri hesabına ödəmək səviyyəsini artırmağa imkan verəcək.

Müəllifə görə, bütün bunlar nəticə etibarilə Azərbaycanın əsas beynəlxalq reytinq agentliklərindən investisiya dərəcəli kredit reytinqi almasını təmin edəcək.

Buna da bax:​ 'Dövlət pulları talan edilib, amma bunu biz ödəməliyik'

Məqalədə deyilir ki, ölkədə dəmir, su, hava yolları kimi beynəlxalq tranzit nəqliyyat infrastrukturu yaradılır ki, bu da gələcəkdə yüksək gəlirlər gətirəcək. Müəllifə görə, dünya iqtisadiyyatında baş verən çalxalanmalara baxmayaraq, Azərbaycan xarici sərmayədarlar üçün indi də əlverişli ölkədir və bu ilin yanvar-may aylarında xarici şirkətlərin Azərbaycanda əsas kapitala 3,5 milyard manatdan çox vəsait yönəltmələri bunun sübutudur.

XS
SM
MD
LG