Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:41

Zaporojye AES-dən ağır silahların çıxarılması üçün danışıqlar gedir


Ukrayna hərbçiləri Xerson vilayətində
Ukrayna hərbçiləri Xerson vilayətində

Fransa Prezidenti Emmanuel Makron deyir ki, Ukraynada Zaporojye AES-dən ağır silahların çıxarılması üzrə razılaşma var və bununla bağlı şərtlər müzakirə olunur.

“Çernobılı qoruduq və məqsədimiz Zaporojyeni qorumaqdır. Gələn həftələr kritik olacaq”, – Makron dekabrın 13-də deyib.

Hazırda Fransada Ukraynaya təcili yardım toplanması üçün beynəlxalq konfrans keçirilir. Rusiya qüvvələri ölkənin mülki infrastrukturunu hədəfə aldığından ukraynalılar soyuq qış günlərində çətinliklə üzləşirlər.

Hüquq müdafiəçisi: "Ukraynalı uşaqları Çeşenistana aparıb öz ölkəsinə qarşı nifrət aşılayırlar"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Xersona klastr bombaları atılır

Rusiya qüvvələri Xerson şəhərindən çıxarılandan bəri dinc əhalinin yaşadığı yerlərə azı üç dəfə klastr bombası atıb. Bu haqda dekabrın 13-də “Human Rights Watch” insan haqları təşkilatı hesabat yayıb. Klastr bombalarının da istifadə olunduğu hücumlar zamanı Xersonda azı 15 dinc sakinin öldürüldüyü, 35-nin yaralandığı bildirilir.

“Xerson sakinləri səkkiz ay Rusiya işğalı altında qalıblar. İndi isə işgəncədən azad olsalar da, yeni hücumlara, o cümlədən klastr bombaları hücumlarına məruz qalırlar”, – qurumdan Belkis Vil (Belkis Wille) deyib.

Rusiya Xersona Dnepr çayının əks tərəfindən zərbələr endirir.

Bu şəhərin azad olunması fevralın sonunda Rusiya işğalı başlayandan Ukrayna qüvvələri üçün böyük uğur sayılır.

BMT isə müharibə başlayandan azı 6 min 755 dinc ukraynalının öldürüldüyünü, 10 mindən çoxunun yaralandığını bildirib. Real itkilərin daha yüksək olduğu, döyüşlər gedən yerlərdən informasiyaların yubandığı qeyd edilir.

Döyüşlər davam edir

Bu arada Ukraynanın şərqində Rusiyanın hücumları davam edir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı dekabrın 13-də bildirib ki, rusiyalılar Ukraynanın şərqində və mərkəzində hücumu davam etdirir, həm hərbi mövqeləri, həm də dinc sakinlərin yaşadığı əraziləri hədəfsiz bombalayır.

Prezident Volodimir Zelenski Rusiyanın davamlı atəşi nəticəsində Baxmut şəhərinin tamamilə dağıldığını bildirib. Avdiyevka şəhərinə isə böyük ziyan dəyib.

Donetsk vilayətində intensiv döyüşlər gedir. Moskva Donetskdə tədricən irəlilədiyini desə də, vilayətdə Moskvanın dəstəklədiyi separatçıların başçısı Denis Puşilin irəliləmədə çətinliklərin olduğunu etiraf edib. O, Donetskin yarıdan çoxunun Rusiyanın nəzarətində olduğunu deyib.

Puşilinin dediyini müstəqil təsdiqlətmək mümkün olmayıb.

Davamlı bombalama rusiyalıların sursatını azaldır və onlar dəqiq olmayan köhnə silahlara əl atırlar. Bunu isə “Reuters” dekabrın 12-də ABŞ hərbi rəsmisinə istinadla yazıb. Anonimlik şərtilə danışan rəsmi Rusiya qüvvələrinin istehsal tarixi 40 ildən çox olan sursatdan istifadə etdiyini deyib.

Köhnə mərmilərin etibarlılığı çox aşağıdır, ABŞ rəsmisi deyib.

Birləşmiş Ştatlar daha öncə Moskvanı sursat üçün İran və Şimali Koreyaya üz tutmaqda günahlandırıb.

XS
SM
MD
LG