Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:45

Zaxarova Ərdoğanın Qarabağda sülhməramlılarla bağlı bəyanatına cavab verib


Mariya Zaxarova
Mariya Zaxarova

Regionda gərginliyin qaldığı bir vaxtda Dağlıq Qarabağda Rusiya sülhməramlı missiyasının fəaliyyətinə ehtiyac getdikcə artır.

TASS xəbər agentliyinin məlumatına görə bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 20-də keçirdiyi brifinqdə deyib:

"Xatırladıram ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda özlərinin mühüm stabilləşdirici rollarını oynamaqda davam edirlər. Onların əsas vəzifəsi atəşin və döyüş əməliyyatlarının qarşısının alınmasıdır. Regionda gərgin vəziyyətin qalmaqda davam etməsi nəzərə alınarsa, onların (sülhməramlılar-red) fəaliyyətinə indi daha çox ehtiyac var”.

“Məncə Türkiyə də daxil regionalların...”

Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının Qarabağı 2025-ci ilədək tərk etməli olacaqlarına dair bəyanatını şərh edərkən deyib ki, Türkiyə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının tərəfi deyil.

Zaxarova vurğulayıb ki, Rusiya sülhməramlıları Qarabağda məhz bu razılaşmanın əsasında yerləşdirilib.

Onun sözlərinə görə məhz bu sənəddə sülhməramlıların regionda qalma müddəti və bu müddətin daha beş il uzadılması üçün parametrlər əksini tapıb:

"Cənubi Qafqazda sülhün saxlanması Azərbaycan və Ermənistanın, məncə habelə Türkiyə də daxil regionalların marağındadaır. Bununla bağlı biz Ağdam rayonundakı Rusiya-Türkiyə mərkəzi çərçivəsində türkiyəli partnyorlarımızla mühüm qarşılıqlı fəaliyyətimizi qeyd edirik”.

Xəritə mübahisəsi - Bakı ilə Yerevanın əlində fərqli xəritə var?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG