Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:35

Ukraynaya raket zərbələri nəticəsində azı 11 nəfər həlak olub


Ukraynada yeni tanklar: Leopard 2-nin özəlliyi nədir?
Gözlə

No media source currently available

0:00 0:02:45 0:00

Ukraynada yeni tanklar: Leopard 2-nin özəlliyi nədir?

Yanvarın 26-da Rusiya qüvvələrinin Ukraynaya raket və dron zərbələri endirməsi nəticəsində azı 11 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Bu barədə məlumatı Ukrayna Fövqəladə Hallar Xidmətinin nümayəndəsi verib.

O adamların hansı şəhərlərdə həlak olması barədə heç nə deməyib.

Bundan əvvəl verilən xəbərlərdə Kiyevdə azı 1 nəfərin həlak olduğu bildirilmişdi.

Ötən gecə və buğun səhər ərzində Dnepropetrovsk, Zaporojye, Kiyev, Odessa və Vinnitsa vilayətlərində partlayışlar qeydə alınıb.

Kiyev meri Vitali Kliçko Ukrayna paytaxtında da partlayışların baş verdiyini deyib.

Bu da xəbər verilir ki, ölkənin enerji obyektləri də hücumlara məruz qalıb.

Odessada həyati infrastrukturun iki obyektinin vurulduğu deyilir.

Kiyev vilayətində də bir enerji obyekti zərbəyə məruz qalıb. Bir sıra vilayətlərdə, o cümlədən Kiyev, Vinnitsa və Odessa vilayətlərində elektrikin qəza rejimində verilməsinə başlanıb.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib ki, Ukrayna ərazisinə 55 raket, o cümlədən 2 hipersonik Kinjal raketləri atılıb.

Onun sözlərinə görə Ukrayna havadan müdafiə qüvvələri raketlərdən 47-ni vurub.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, hava hücumundan müdafiə qüvvələri Rusiyanın İran istehsalı 24 Şahed dronlarının hamısını havada neytrallaşdırıb.

Rusiya son dəfə Ukrayna ərazisinə kütləvi raket hücumunu yanvarın 14-də etmişdi.

Həmin gün Dneprdə yaşayış binasına raket düşməsi nəticəsində azı 40 nəfər həlak olmuşdu.

Yanvarın 26-da səhər Rusiya Ukraynaya raket zərbələri endirib. Azı bir nəfər həlak olub. Ötən gecə dron hücumu həyata keçirilib.

Prezident Volodimir Zelenski isə Qərb müttəfiqlərini Ukraynanın havadan müdafiəsini gücləndirmək üçün uzaqmənzilli raketlər və hərbi təyyarələr verməyə çağırıb.

Azı bir nəfər həlak olub

Kiyevin meri Vitali Kliçko paytaxta zərbədə azı bir nəfərin öldürüldüyünü, iki nəfərin yaralandığını deyib. O, sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Kiyev hərbi administrasiyasının başçısı Sergey Popkonun sözlərinə görə, paytaxt üzərində azı 10 raket vurulub.

“Düşmən Kiyev istiqamətinə 15-dən çox qanadlı raket buraxıb. Havadan müdafiə sisteminin əla işləməsi sayəsində bütün hədəflər vurulub”, – o söyləyib.

Prezident administrasiyasının başçısı Andrey Yermak isə Telegram-da yazıb ki, “Rusiyanın ilk raketləri vurulub”. O, konkret məkan dədiqləşdirməyib.

Cənubi Odessa vilayətində isə Rusiya raketlərinin iki enerji obyektini vurduğu bildirilir.

Mərkəzi Vinnitsa vilayətinə də Rusiya raketləri atılıb. Ancaq itki olmadığı deyilir.

Ukrayna hərbçiləri ön cəbhədə sığınacaq kimi xüsusi metal çənlərdən istifadə edəcəklər
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Sürət və miqdar

Rusiya qüvvələrinin şərqi Donetsk vilayətində Baxmut və Avdiyevka, Luqanskda isə Çervopopyivkada hücumları davam etdirdiyi bildirilir. Baş Qərargah bildirir ki, “saysız itkilərə baxmayaraq, düşmən hücumları dayandırmayıb”.

Ukrayna rəsmiləri yanvarın 26-də Soledar duz mədənləri şəhərinin təslim olduğunu etiraf ediblər.

Berlin və Vaşinqton artıq Kiyevə müasir tanklar verməyə razılaşıblar. Zelenski müttəfiqlərin bu addımını alqışlayıb, ancaq onları tezliklə çox sayda tank göndərməyə çağırıb.

“Hazırda əsas məsələ sürət və miqdardır. Qüvvələrimizə sürətlə təlim keçin, Ukraynaya tank təchizatını sürətləndirin. Tankların sayı dəstək deməkdir”, – Zelenski vurğulayıb.

Zelenski ötən gecə müraciətində deyib ki, indi “Ukraynanı təyyarə ilə təchiz etmək lazımdır”.

XS
SM
MD
LG