Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:44

«The Washington Post»da Dubay mülkləri yada salındı



Fevralın 19-da «The Washington Post» qəzeti Human Right Watch təşkilatının Vaşinqton bölməsinin direktoru Tom Malinowskinin məqaləsini dərc edib. Məqalədə dünya diktatorlarıyla bağlı fikirlər yer alıb. Müəllif Misir və Tunis prezidentlərinin Avropa ölkələrində olan bank hesablarının dondurulmasıyla bağlı yazır ki, Tunis prezidenti Ben Əli devrildikdən sonra, İsveçrə höküməti onun əldə etdiyi şübhəli pulların saxlandığı bank hesabını dondurmağa qərar verdi. Daha sonra Misir prezidenti Hüsnü Mübarək də eyni aqibətlə üzləşdi. Diktatorların bank hesablarıyla bağlı İsveçrə rəsmisi «Ola bilməz ki, bəzi adamlar düz bizim qapımızda, dövlət fondlarını mənimsəyib öz ciblərinə qoysunlar»

«ARADAN ÇIXMA» VERGİSİ

Müəllif devrildikdən sonra xarici bankların diktatorların bank hesablarına qoyduqları qadağaları təəccüblə qarşılayır: «Ancaq bir çey təəccüblüdür: Əgər Ben Ali və Hüsnü Mübarək sərvətlərini korrupsiya yolu ilə toplamış və xarici banklarda gizlətmişdilərsə, niyə İsveçrə, Avropa Birliyi və ABŞ bu haqda ölçü götürmək üçün onların devrilməsini gözlədi? Demokratiya və şəffaflığı təbliğ etməyə öhdəlik götürən hökumətlər hələ onlar hakimiyyətdə olarkən bu diktatorların davranışını dəyişə biləcək addımlar atmalı,bu çirkli pullarını ortaya çıxarmalı və dondurmalı deyilmi? Yoxsa mülklərə qoyulan bu həbslər devrilən avtokrat liderlərin qaçan zaman ödədiyi «aradan çıxma» vergisidir?»

İLHAM ƏLİYEVİN DUBAY MÜLKÜ

«Mübarək və Ben Alinin düşdüyü vəziyyətlər bir birindən fərqli deyil. Etiraz aksiyalarının yayıldığı Yaxın Şərq ölkələrinin rəhbərləri, misal üçün Əlcəzairdə Bouteflika, Yəməndə Abdullah Saleh vəzifələrindən qanunsuz və ədalətsiz şəkildə sui istifadə edərək özlərinin və ailələrinin varlanması üçün istifadədə günahlandırılır. Yaxın Şərqdən başqa «The Washington Post»un keçən il yazdığı kimi Dubayda 11 yaşlı oğlunun adına 44 milyon dolllar dəyərində daşınmaz əmlak alan Azərbaycan prezidenti İlham Əliyev var. Özbəkistanda da vəziyyət eynidir. Wikileaks sənədlərində prezident İslam Kərimovun qızı sahib olduğu biznes gəlirləri hesabına bədxərcliklə və israfla yaşadığı üçün «ölkənin ən çox nifrət edilən adamı» olduğu göstərilir. Birmada təbii qazdan gələn milyardlarla dollarlar xarici banklarda saxlanılır. Birmanın talanmış vəsaitlərini saxlayan banklara qarşı Konqres tərəfindən rəsmi sanksiyalar təbiq edə bilməyən, ABŞ-ın köməyi ilə hökümətdə qalan Than Shwe var».

AVTORİTAR ÖLKƏLƏRİN XÜSUSİYYƏTİ

Avtoritar ölkələrdə korrupsiya siyasi repressiyaların nəticəsində əmələ gələn faktor deyil, əsas təşkilatı mexanizmdir. Avtortiar liderlərin siyasi gücü sərvətə çevirə bilmək qabiliyyəti onların iqtidardan ikiəlli yapışmasına səbəb olur. Onların pulları nəinki lüksü, hətta təhlükəsizliyi də almağa çatar. Onların rəqibləri ələ almaq, qanunsuz dəstələr, polisi və biznes elitasınınin loyallığını təmin etmək imkanları var.
XS
SM
MD
LG